“SOCAR-AQŞ” MMC ötən il qəzasız və səmərəli qazma əməliyyatları həyata keçirib
Tarix: 23.01.2014 | Saat: 14:01:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) və “Abşeron Qazma Şirkəti”nin (AQŞ) birgə müəssisəsi olan “SOCAR-AQŞ” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) 2013-cü ildə qəzasız və səmərəli qazma əməliyyatları həyata keçirib.
MMC-nin mətbuat xidmətindən bildiriblər ki, müəssisə ötən il sifarişçi tərəfindən təsdiq edilmiş 16 min 900 metr qazma keçidi əvəzinə 18 min 2 metr faktiki qazma keçidinə nail olaraq illik qazma planını 106,5 faiz yerinə yetirib. Planda nəzərdə tutulan beş quyu əvəzinə isə altısı təhvil verilərək illik plana 120 faiz əməl edilib.
2013-cü ildə “SOCAR-AQŞ” MMC tərəfindən “Bahar Enerji” əməliyyat şirkətinin Xəzər dənizinin Azərbaycan sektorundakı “Bahar” və “Qum dəniz” yataqlarında iki quyu təhvil verilib, dörd quyuda isə yeraltı təmir işlərini həyata keçirib. Hazırda MMC daha bir quyuda qazma əməliyyatlarını davam etdirir.
Hesabat dövründə müəssisə tərəfindən 13 nömrəli platformadan 350 nömrəli horizontal istismar quyusunun qazılmasına başlanılmış və quyuda tikinti işləri uğurla başa çatdırılıb. Bu quyunun qazılması məqsədi ilə “Uralmaş 6000 PEM” qazma qurğusunun portal tipli qülləsində ən müasir qazma avadanlığı olan yuxarı intiqallı qurğu - TopDrive quraşdırılıb. Bu horizontal quyu Azərbaycanda yerli qazma müəssisəsi tərəfindən qazılan ilk quyu olub. Layihə dərinliyi 3 min 450 metr olan 350 nömrəli quyu “Günəşli” yatağının dayaz sulu hissəsində fasilə lay dəstəsinə maksimum 84 dərəcə bucaq altında qazılıb.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb
20.11.2018
Azərbaycan və Belarus arasında on milyonlarla dollarlıq müqavilələrin bağlanması gələcək üçün yaxşı göstəricidir
20.11.2018
Azərbaycan nefti bahalaşıb
19.11.2018
Gələcəyin iqtisadiyyatı: peyk müşahidəsi ixrac potensialını yüksəldəcək
19.11.2018
Doqquz ayda Azərbaycanda 94,5 min daimi iş yerləri açılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info