Azərbaycan və İtaliya sahibkarları arasında işgüzar görüş keçirilib
Tarix: 23.01.2014 | Saat: 15:41:00 | E-mail | Çapa göndər


Yanvarın 23-də Bakıda “ASK Biznes Konsaltinq” MMC və “MADE S.p.A.” şirkətinin təşkilatçılığı ilə Azərbaycan və İtaliya sahibkarları arasında işgüzar görüş keçirilib.
Görüşdə italyan iş adamları ilə yanaşı, əsasən tikinti, mebel, topdan və pərakəndə satış, turizm və sənaye sektorlarında fəaliyyət göstərən 50-yə yaxın azərbaycanlı iş adamı iştirak edib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev bildirib ki, İtaliyanın məşhur “MADE S.p.A.” şirkətinin əməkdaşları ilə Azərbaycan sahibkarlarının bu görüşü iki ölkə arasında işgüzar əlaqələrin inkişafında mühüm rol oynayacaq.
Görüşdə birgə layihələrin həyata keçirilməsinə, ticarət əlaqələrinin genişləndirilməsinə dair müzakirələr aparılıb.




 
Bölməyə aid digər xəbərlər
21.03.2019
Meksikada Novruz bayramı və Azərbaycan Mədəniyyəti Günü qeyd olunub
21.03.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib
20.03.2019
ABŞ Prezident İlham Əliyevin əfv sərəncamını alqışlayır
20.03.2019
Prezident İlham Əliyev Qazaxıstan prezidenti vəzifəsini icra edən Kasım-Jomart Tokayevə zəng edib
19.03.2019
TÜRKPA Katibliyində Novruz bayramı münasibətilə tədbir keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info