İnformasiya texnologiyaları biliklərinə sahib olan şəxslərə ehtiyac var
Tarix: 23.01.2014 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


Prezidenti Yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının sədri Bəhram Xəlilov jurnalistlərə açıqlamasında bildirdi ki, komissiyanın xətti ilə dövlət qulluğuna qəbul olan şəxslərin 80 faizini gənclər təşkil edir. O qeyd etdi ki, dövlət qulluğunda iqtisadi bloka aid olan sahələrə böyük ehtiyac var: "Eyni zamanda dövlət orqanlarında informasiya texnologiyaları biliklərinə sahib olan şəxslərə də ehtiyac duyulur. Nazirlər Kabineti yeni qaydalar tətbiq edib. Bu qaydalarda ilk aşağı pillədə dövlət qulluğuna heç bir təcrübə tələb olunmur. Ali məktəbləri bitirmiş şəxslər ixtisaslarına uyğun olaraq vəzifələrini seçib iştirak edə bilərlər".
B . Xəlilov, həmçinin onu da bildirdi ki, artıq dövlət qulluğuna qəbul başa çatıb: "Müsabiqənin ikinci mərhələsi davam edir. Hər iki müsabiqəni uğurla keçənlər dövlət qulluğuna uyğun hesab olunacaqlar. Həmin şəxslərin dövlət orqanlarına rəhbərləri vəzifələrinə və vakant dövlət qulluğu vəzifələrinə təyin olunmaları üçün tədbirlər görülür. Ümumilikdə 2007-ci ildən başlayaraq bütün təcrübəmizi hər zaman analiz edib, yeniliklər tətbiq edirik. Test imtahanlarının strukturlarını da dəyişmişik, yeni bloklar əlavə olunub".

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info