“Pedaqoji aləm” jurnalının xüsusi buraxılışı çapdan çıxıb
Tarix: 23.01.2014 | Saat: 16:56:00 | E-mail | Çapa göndər


“Pedaqoji aləm” Beynəlxalq elmi-populyar jurnalının 2013-cü il oktyabrın 9-da Azərbaycanda keçirilmiş növbəti prezident seçkilərinə həsr olunmuş xüsusi buraxılışı çapdan çıxıb.
“CBS-PP” nəşriyyatının mətbəəsində yüksək poliqrafik zövqlə çap edilmiş jurnalın ilk səhifəsi Yeni Azərbaycan Partiyasının V qurultayı ilə bağlı AzərTAc-ın geniş materialı ilə açılır.
Xüsusi buraxılışda Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarını elan etməsindən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimindən, dövlətimizin başçısının andiçmə mərasimindən sonra ailə üzvləri ilə birlikdə Fəxri xiyabanı, Şəhidlər xiyabanını, Dövlət Bayraq Meydanını ziyarət etməsindən bəhs edən materiallar daha çox diqqəti cəlb edir.
Jurnalın xüsusi buraxılışında, həmçinin YAP Səbail rayon təşkilatının prezident seçkilərindəki fəallığından, seçki zamanı təşkilat tərəfindən aparılan təbliğat-təşviqat kampaniyasından bəhs edən materiallara da geniş yer ayrılıb.
Uğurlu seçki kampaniyasından bəhs edən bu nəşrin hazırlanmasında AzərTAc ilə yanaşı, “Azərbaycan”, “Yeni Azərbaycan”, “Səs” və “İki sahil” qəzetlərində dərc olunmuş materiallardan da geniş istifadə edilib.
Bakı Dövlət Universitetinin Böyük Elmi Şurasının qərarı ilə artıq 15 ildir ki, nəşr olunan bu sanballı mətbu orqanının təsisçisi və şef redaktoru, professor Nübar Muxtarovadır.




 
Bölməyə aid digər xəbərlər
05.06.2020
Almaniya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə səyləri dəstəkləyir
05.06.2020
“Prezidentin çıxışı siyasi və tarixi cəsarət idi”
03.06.2020
Prezident İlham Əliyevdən xəritəyə görə icra başçısına irad: Sisyanın əsl adı Qarakilsədir. Ona görə bunu pozun və Qarakilsə yazın
03.06.2020
Azərbaycan hərbçiləri Moskvada keçiriləcək hərbi paradda iştirak edəcək
03.06.2020
Yüksək texnoloji cəmiyyətin müsbət tərəflərindən savayı kəskin mənfi tərəfləri də mövcuddur

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info