Valentina Meeroviç: “Yan Azərbaycana məftun idi”
Tarix: 23.01.2014 | Saat: 19:00:00 | E-mail | Çapa göndər


Məlumat verildiyi kimi, Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası Heydər Əliyev Fondunun dəstəyilə, Xayfa Universitetinin “Ezri” İran və Fars Körfəsi ölkələrinin öyrənilməsi Mərkəzi ilə birlikdə 20 Yanvar faciəsinə həsr olunmuş gecə keçirib.
Xatirə gecəsində mərhum Yan Meeroviçin həyat yoldaşı Valentina ilə diaspor nümayəndələrimiz söhbətləşə biliblər. Valentina Meeroviç qeyd edir ki, 20 Yanvar onun həyatında ən ağır və unudulmaz gündür: “Bu qorxulu gündə mən öz ərimi itirdim. Biz çox xoşbəxt idik, ətrafımız bizim haqqımızda danışırdı ki, biz dünyanın ən xoşbəxt adamlarıyıq.
Buna görə də mənim üçün bu gün indi çox ağır və kədərli gündür. Bu gün mən tənha qalmaq istəyirəm, özümlə təklikdə qalmağa üstünlük verirəm. Artıq çox illər keçib və məlumdur ki, kimsə bu günü unuda bilmir, amma mən bu gün yalnızlıqda olmaq istəyirəm”.
ValentinaMeeroviç qeyd edib ki, onun üçün çox ağrılıdr ki, həyat yoldaşı cavan yaşında dünyadan köçüb: “Uşaqlar onu çox çətinliklə xatırlayır, oğlumun o zaman bir yaşı vardı və o, atasını xatırlamır. Çox təəssüf ki, Yan onların necə böyüdüklərini görmür, onların necə uğurlu və xoşbəxt olduqlarından xəbərsizdir.
Yanın qızının hazırda 3 oğlu var, oğlunu isə yenicə evləndirmişik”.
Xanım Meeroviç ürəkağrısı və böyük sevgi ilə sevimli Bakı haqqında danışır: “Artıq 10 ildən çoxdur İsraildə yaşamağıma baxmayaraq, mən tez-tez Bakını xatırlayıram.
Fəxrlə deyə bilərəm ki, Bakını, Azərbaycanımı çox sevirəm. Çox təəssüf ki, belə alındı. Mənim ərim çox gözəl azərbaycanca danışırdı və Azərbaycan xalqına böyük sevgi ilə yanaşırdı. Qoy Azərbaycan xalqı heç zaman bir də belə bir acını yaşamasın. Mən həmişə bütün gənc cütlüklərə birlikdə 120 il ömür sürməyi arzu edirəm. Mən bilirəm ki, tək qalmaq necə ağırdır. Mənim kiçik nəvəm tez-tez gözləyir ki, onun babası Yan indi gələcək. Biz bu gün ailəmizlə birlikdə Azərbaycan televiziyasına baxdıq və onun dərdinə şərik olduq. Biz həmişə Azərbaycan xalqının dərdinə şərik olacağıq”.

İlkin




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info