AzTU-da müasir İKT-nin tətbiqi ilə bağlı təqdimat
Tarix: 23.01.2014 | Saat: 19:17:00 | E-mail | Çapa göndər


Yanvarın 23-də Azərbaycan Texniki Universitetində (AzTU) “Halal” şirkətinin ən müasir çap texnikası və texnologiyasının təqdimatı olub.
AzTU-nun mətbuat xidmətindən bildiriblər ki, tədbirdə universitetin prorektoru, professor Mustafa Babanlı müasir texnika və texnologiyanın öyrənilməsinin və tətbiqinin əhəmiyyətindən danışıb.
“Halal” şirkətinin baş direktoru Cavid Babayev təqdim edilən yeni çap texnikası və texnologiyasının üstünlükləri, müasirliyi, iqtisadi səmərəliliyi, etibarlılığı və dayanıqlılığı barədə geniş məlumat verib.
Tədbirdə “Halal” şirkətinin tərəfdaşı “MONtech” informasiya texnologiyaları firmasının direktoru Rövşən Hümbətov çıxış edərək “Ncomputinq”in istismar göstəricilərindən danışıb. Qeyd olunub ki, bu növ kompyuterdən 100 nəfərin eyni zamanda istifadə etməsi mümkündür. Onların proqramlaşdırılması, habelə quraşdırılması sadə və etibarlı, idarə edilməsi çox asandır.
Sonra qonaqlar təqdim olunan avadanlıq və texnologiyalarla bağlı sualları cavablandırıblar.
Tədbirdə AzTU ilə “Halal” şirkəti və “MONtech” firması arasında gələcək əməkdaşlıq barədə razılıq əldə edilib.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info