“Russkaya Germaniya”: “Rumın və bolqar immiqrantlar ali təhsildə yerli almanlardan geri qalmır”
Tarix: 23.01.2014 | Saat: 20:50:00 | E-mail | Çapa göndər


“Alman şirkətləri riyaziyyat, informatika və təbiət elmləri sahəsində mütəxəssis olan miqrantlara maraq göstərirlər”

Almaniyada çıxan “Russkaya Germaniya” nəşri Almaniyada yaşayan rumın və bolqarlarla bağlı maraqlı bir yazı yazıb. Yazıda qeyd edilir: “Rumıniyanın və Bolqarıstanın Almaniyada iş axtaran hər dördüncü vətəndaşı ali təhsillidir. Kölndə Alman iqtisadiyyatı institutu bu məlumatı yaymaqla “oda yağ atıb”. Belə ki, Almaniyada olan Avropa Birliyinin daha yoxsul ölkələrinin immiqrantlarının vəziyyəti və fəaliyyəti ilə bağlı məsələ olduqca aktual və həssas hesab edilir. Bu məsələ Almaniyaya gələn bu cür immiqrantların alman sosial yardımı alması ilə bağlıdır. Cari ilin başlanğıcında Bolqarıstan və Rumıniya vətəndaşları üçün Almaniyanın əmək bazarında leqal fəaliyyət göstərmək üçün sonuncu məhdudiyyət də aradan qaldırılıb.
Digər tərəfdən, Avropa Birliyi çərçivəsində hərəkət sərbəstliyi daha rifahlı Avropa cəmiyyətlərində sosial sistemin potensial yüklənməsi qorxusunu yaratmış olur.
Əsas məsələ yeni gələnlərin ölkənin müəssisələrini işçi əlləri ilə təmin edib-edə bilməməsidir. Bunun çatışmazlığından şirkət rəhbərləri və lobbistlər daim dəm vurur. Yoxsa bu cür gəlmələr “sosial turizm”dən xoflanan cəmiyyət üçün yükə çevriləcəklər?
Alman iqtisadiyyatı institutunun mütəxəssislərinin fikrincə, bu barədə müzakirələri başqa məcraya keçirmək lazımdır. Burada gələnlərin peşə ixtisaslaşması səviyyəsini nəzərə almaq lazımdır. Sosioloqlar bu barədə belə bildiriblər: “Bolqarıstan və Rumıniyadan Almaniya Federativ Respublikasına gələnlər arasında ali təhsillilərin payı 25 faizdir.
Ümumiyyətlə isə Almaniyada yaşayan əcnəbilər arasında ali məktəb diplomu ilə özünü öyə bilənlər cəmisi 19 faiz təşkil edir. Bununla bərabər, yerli almanların cəmisi 29 faizi ali təhsillidir. Bu isə o deməkdir ki, Rumıniya və Bolqarıstandan olan immiqrantlar demək olar ki, ali təhsilə malik olmaqda almanlardan dala qalmırlar. Alman innovasiya şirkətlərinə xüsusi pozitiv impuls ölkəyə riyaziyyat, informatika və təbiət elmləri sahəsində mütəxəssis olan ali təhsilli miqrantların axınıdır.
Bu ixtisaslara aid diplomlara Almaniyaya gələnlərin cəmisi 10 faizi sahibdir. Bolqarıstan və Rumıniyadan gələn immiqrantların isə 8 faizi bu ixtisaslara aid diplomların yiyələridir. Almaniya əhalisinin isə 6 faizi bu sahəyə aid diplomlara yiyələnə bilib.
Alman iqtisadiyyat institutunun araşdırması həm də Almaniyada ağır demoqrafik situasiyanın mənfi təsirinin azalması ilə bağlı dəlil ortaya çıxarıb. Bu isə gəlmələrin axını ilə bağlıdır. Yeni əmək resursları həm də alman iqtisadi potensialını artırmağa qadirdir. Bu isə öz növbəsində dövlət büdcəsi və kommuna büdcələri barədə fikir yürütməyə imkan verir.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryanın “yeni kəşfi”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info