Kiyevdə qarşıdurma davam edir
Tarix: 23.01.2014 | Saat: 23:26:00 | E-mail | Çapa göndər


Ukraynanın paytaxtında milislə müxalifət fəalları arasında qarşıdurma davam edir. Etirazçılar Tryoxsvetitelskya küçəsində yeni barrikadalar qururlar. Kütləvi iğtişaşlarla əlaqədar 16 nəfər həbs olunub.
Onların həbsi barəsində müvafiq qərarları paytaxtın ayrı-ayrı rayon məhkəmələri verib. Kiyev şəhər Prokurorluğunun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, müstəntiqlərin göndərdiyi sorğular nəzərdən keçirildikdən sonra birinci instansiya məhkəmələri 11 radikal müxalifətçinin həbsi haqda qərar verib. Daha 5 nəfər barəsində isə “ev dustaqlığı” cəza növü seçilib. Lvovda isə yerli sakinlər vilayət administrasiyasının binasını ələ keçiriblər. Etirazçılar binaya daxil olduqdan sonra hakimiyyəti öz əllərinə götürdüklərini bəyan ediblər.
Lvov vilayətinin qubernatoru Oleq Salo artıq istefaya getməyə razı olduğunu bəyan edib. Ukrayna prezidenti Viktor Yanukoviç ölkədə fövqəladə vəziyyət rejimini tətbiq etmək niyyətində deyil. Bunu V. Yanukoviç Avropa Komissiyasının sədri Joze Manuel Barrozu ilə telefon söhbəti zamanı bildirib. Avropa Komissiyasının rəsmi nümayəndəsi Olivye Bayinin sözlərinə görə, telefon söhbəti dünən səhər baş tutub. Avropa Parlamentinin vitse-prezidenti Yatsek Protaseviç bəyan edib ki, Avropa Birliyi Ukrayna ilə rəsmi münasibətlərə son qoya bilər: “Ukraynadan gələn xəbərlər bizi şoka salır. Ukrayna ilə əlaqələrimiz daha əvvəlki kimi ola bilməz. Bu ölkə ilə dialoq təhlükə altındadır və bu gün dayandırıla bilər. Küçələrdəki qan hər şeyi dəyişir”. Bu arada “Zərbə” partiyasının lideri Vitali Kliçko Ukrayna prezidenti Viktor Yanukoviçi ölkədə vaxtından əvvəl seçkilərin keçirilməsinə çağırıb. Kliçko Müstəqillik Meydanında keçirilən “xalq yığıncağında” çıxış edərək Yanukoviçin vaxtından əvvəl seçkilərin keçirmədiyi təqdirdə, bunu xalqın edəcəyini bildirib.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info