İran prezidenti Tehranda ABŞ səfirliyinin açılacağını istisna etmir
Tarix: 23.01.2014 | Saat: 23:27:00 | E-mail | Çapa göndər


İran prezidenti Həsən Ruhani ölkəsi ilə ABŞ arasında diplomatik əlaqələrin bərpasını mümkün sayır.
H.Ruhani Davosda İsveçrənin RTS telekanalına müsahibəsində “ABŞ səfirliyi yenidən Tehranda açıla bilərmi?” sualı belə cavablandırıb: “Heç bir düşmənçilik və heç bir dostluq əbədi deyil. Biz düşmənçiliyi dostluğa çevirməliyik”. Tehranla Vaşinqton arasındakı əlaqələrin keçmişdə çox çətin olduğunu deyən H. Ruhani lazımi səylər göstəriləcəyi təqdirdə, problemin aradan qaldırıla biləcəyini söyləyib: “Bu səylər qarşılıqlı etibar mühitinin yaradılması üçün lazımdır”. Həsən Ruhani Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edərkən deyib ki, dünyada heç bir dövlət hesab edə bilməz ki, onun gücü tükənməz olacaq. Qloballaşma göstərir ki, biz hamımız bir “qayıq”da üzürük”. İran iqtisadiyyatının gələcək planlardan danışan prezident bildirib ki, İranın potensialı və gücü ölkəyə yaxın 30 il ərzində 10 ən güclü iqtisadiyyat arasında olmağa imkan verəcək: “İqtisadi siyasət sosial aspektləri nəzərə almalıdır. Üstəlik, beynəlxalq əməkdaşlıq olmadan bu cür məqsədlər əlçatmaz olacaq. Biz xarici siyasətimizi iqtisadi uğurlara yiyələnmək üçün istifadə edəcəyik. İran bütün qonşu dövlətlərlə sosial-iqtisadi əlaqələri inkişaf etdirmək istəyir. İstənilən sanksiyalar isə vəziyyəti mürəkkəbləşdirir”. H.Ruhani əlavə edib ki, İranın Avropa və ABŞ ilə əlaqələri normallaşmağa doğru və yeni fazada irəliləyir. Ölkənin nüvə proqramı barədə danışan prezident bildirib ki, İranın təhlükəsizlik strategiyasında nüvə silahlarına yer yoxdur: “İran heç kimə qarşı təcavüz etməyib. Lakin ölkəmizə hücum olunsa, biz cavab verməyə hazırıq”.




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Suriyada partlayış baş verib, ölənlər və yaralananlar var
24.04.2019
Cәnubi Afrikada daşqınlar 37 nәfәrin hәyatına son qoyub
24.04.2019
“İnterpol”un eks-rəhbəri barədə həbs qərarı verildi
24.04.2019
Türkiyə XİN: Trampın 1915-ci il hadisələri ilə bağlı açıqlamasını rədd edirik
23.04.2019
Şri-Lanka hadisələrini DAEŞ boynuna götürdü, amma...

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info