“Elmlə məşğul olan gənclər özlərini ölkəmizin inkişafına sərf etməlidir”
Tarix: 24.01.2014 | Saat: 00:06:00 | E-mail | Çapa göndər


Sübhan Talıblı: “Gənc alimlərimiz Azərbaycanın təbliği ilə bağlı xarici ölkələrin elmi tədqiqat müəssisələrində və
universitetlərində çalışırlar”


Bu gün gənc alimlərimizin elmi nailiyyətləri, dünyaya çıxışı Azərbaycan elminin inkişafından xəbər verir. Bütün bunlar dövlətin gənc alimlərə olan diqqət və qayğısının bariz nümunəsidir. AMEA akad.Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı da bu diqqət və qayğını hiss edən gənc alimlərimizdəndir. Qeyd edək ki, S.Talıblı eyni zamanda Şərqşünaslıq İnstitutunun Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri, eləcə də institutun Elmi Şurasının üzvüdür.

- Dövlət gənclər siyasətinin həyata keçirilməsi işlərinə münasibətiniz necədir?
- Qeyd edim ki, dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı respublikanın ictimai-siyasi həyatında və dövlət quruculuğunda gənclərin iştirakına dair tədbirlər planında elm, təhsil və mədəniyyətlə bağlı aşağıdakılar nəzərdə tutulub: elm və təhsil sahəsində gənclərlə işləyən kadrlar hazırlamaq və onların ixtisasını artırmaq, gənclərin problemlərini öyrənmək, gənclər hərəkatında baş verən prosesləri təhlil etmək məqsədilə ali məktəblərin təhsil proqramlarında müvafiq ixtisasların təmin olunması, istedadlı şagird və tələbələrin üzə çıxarılması üçün fərdi tədris proqramlarının hazırlanması, elmi-tədqiqat müəssisələrində xüsusi nailiyyətlər əldə etmiş gənc alimlər üçün mükafat və təqaüdlərin təsis edilməsi, beynəlxalq müsabiqələrdə, elmi konfranslarda istedadlı şagird və tələblərin iştirakını təmin etmək üçün tədbirlər görülməsi, ali məktəblərin, elm-tədqiqat müəssisələrinin, xüsusən AMEA-nın laboratoriyalarını müasir avadanlıqlarla tam təchiz etmək üçün beynəlxalq fondların və proqramların imkanlarından geniş istifadə edilməsi. Mədəniyyət sahəsində istedadlı və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən xüsusi dövlət proqramının hazırlanması da bu qəbildəndir. Son günlərdə Avropanın bir sıra ölkələrində Heydər Əliyev Fondu tərəfindən Nizami Gəncəvi və Məhsəti Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbirlərin keçirilməsi də bunun bariz nümunəsidir.
- Gənc alimlərə öz potensialını üzə çıxarmağa hansı imkanlar verilib?
- Bu sahədə, xüsusən Gənclər və İdman Nazirliyinin, Prezident yanında Gənclər Fondunun yaradılması və fəaliyyəti gənclərimizə stimul verir. Gənclər həmin qurumlardan bu və ya digər dərəcədə imkan daxilində faydalanırlar. Ümidvaram ki, bu qurumların gənclərlə bağlı fəaliyyəti daha da genişlənəcək.
- Gənclər ictimai-siyasi işlərdə lazımi fəallıq göstərirlərmi?
- Gənclərə maddi və mənəvi dəstək daha da artırılmalıdır. Sosial, mənzil təminatı, elmi ezamiyyətlər, xarici ölkələrə səfərlər, konfrans və simpozyumlarda iştirak, beynəlxalq və tədqiqat mərkəzlərinə inteqrasiya, elmi əsərlərin nəşr olunması, bu sahələrə aid dövlət layihələrinin elan olunması, ümumrespublika və beynəlxalq səviyyəli konfransların təşkili, eləcə də konfransın məruzələrinin ingilis, Azərbayacan və digər dillərdə çapı və s. məsələlər həyata keçirilməlidir.
Yaxşı olardı ki, ictimai-siyasi işlərə Azərbaycan gəncliyi bütünlükdə cəlb olunsun. Buraya Azərbaycanın bütün bölgələrindən olan gənclər cəlb olunmalı, mətbuatda gənclərlə bağlı mütəmadi yazılar yazılmalı, gənc alim və tədqiqatçılara önəm verilməli, telekanallarda gənclərlə bağlı, xüsusən gənc intellektuallar üçün verilişlər hazırlanmalı, gənc alimlərə istər sosial, istərsə də maddi vəziyyətinin yaxşılaşdırılması üçün layihələr hazırlanmalıdır. Bir sözlə, Azərbaycan elmi gəncliyi özünü Azərbaycanın inkişafına sərf etməlidir.
- Fərqlənən gənclər üçün Prezident mükafatı təsis olunub. Bu, gənclərə nə kimi stimul yaradır?
-Mən və təmsil etdiyimiz institut, eləcə də AMEA-nın elmi gəncliyi Prezident İlham Əliyevin bu mükafatı təsis etməsini alqışlayırıq. Bu mükafat gəncləri daha da ruhlandırır, onların yaradıcılıq və elmi fəaliyyətini istiqamətləndirir.
- Bu gün gənclərin Prezidentin ətrafında toplaşması ilə bağlı fikirlərinizi bilmək istərdik...
-Azərbaycan gənci olaraq mən də Prezident İlham Əliyevin apardığı siyasi kursu dəstəkləyir və onun ətrafında birləşməyi məqsədəuyğun hesab edirəm. Azərbaycanın gənc alimi olaraq inanıram ki, yaxın zamanlarda Prezident tərəfindən dünyaya nümunə olacaq bir addım - “Gənc Alimlər Evi” tikiləcək, “Elm Tv”si adlı telekanal fəaliyyətə başlayacaq. Mən və Azərbaycan alimləri bunu ümidlə gözləyirik.
- Gənc alim və mütəxəssislər Şurası gənc alimlərin elmi yaradıcılığı istiqamətində hansı işlər görür?
-Akademik Akif Əlizadə AMEA-nın yeni prezidenti seçildikdən sonra AMEA-da islahatlar həyata keçirməyə başladı. Bu islahatlar AMEA-da çalışan gənc alim və əməkdaşlara da şamil olundu. AMEA-nın Rəyasət Heyətinin 2013-cü il 17 oktyabr tarixli qərarından sonra 42 elmi müəssisə və təşkilatda gənc alim və mütəxəssis şuraları yaradılıb. 27 dekabrda AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təsis konfransı keçirilib. Məqsəd gənclərin elmi fəaliyyətini stimullaşdırmaq, onların elmin inkişafındakı rolunu daha da artırmaqdır.
Burada gənc alimlərin mənzil və sosial problemləri, xarici dil biliklərinin artırılması, xarici elmi jurnallarda məqalələrinin nəşri, xarici konfranslarda iştirakının təmin olunması, AMEA-nın müvafiq institut və mərkəzləri ilə xarici ölkələrin institut, elm və tədqiqat mərkəzləri ilə əməkdaşlıq, gənc alim, tədqiqatçı və doktorantların kitab, məqalə və xarici elmi konfrans və elmi ezamiyyətlərdə iştirakının təmin olunmasına yardım göstərmək və s. işlər nəzərdə tutulub.
- Gənc alimlər Azərbaycanı beynəlxalq tədbirlərdə yetərincə təmsil edirlərmi?
-Hazırda gənc alimlərimiz Azərbaycanın təbliği ilə bağlı tarix, siyasi və ictimai elmlər, dəqiq elmlər və s. sahələr üzrə xarici ölkələrin elmi tədqiqat müəsissələri və universitetlərində çalışırlar. Bu fəaliyyətlərin hamısı Azərbaycan mədəniyyətinin inkişafında önəmli yer tutur. Əsasən, gənc alimlərimiz beynəlxalq tədbirlərdə iştirakı daha da artırmalıdır. Bu işə Azərbaycanın müvafiq dövlət qurumları, Gənclər və İdman Nazirliyi, Prezident yanında Elmin İnkişafı Fondu, Prezident yanında Gənclər Fondu, Azərbaycan Xarici İşlər Nazirliyi, elmin müxtəlif sahələri üzrə araşdırma aparan yerli və xarici mütəxəssislərin də cəlb olunması və iştirakı məqsədəuyğun olardı.
Gənc alimlərin beynəlxalq tədbirlərdə iştirakını artırmaq üçün öncə maddi cəhətə, digər tərəfdən də keyfiyyət məsələsinə də diqqət yetirmək lazımdır.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info