Dünya Bankı: “Yaxın üç ildə Azərbaycan iqtisadiyyatı daha da inkişaf edəcək”
Tarix: 24.01.2014 | Saat: 00:26:00 | E-mail | Çapa göndər


Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Henri Kerali Bakıya gəlib. H.Kerali artıq maliyyə naziri Samir Şərifovla görüşüb. O, bu gün hökümətin digər üzvləri ilə görüşəcək.
Görüşlər zamanı Dünya Bankının Azərbaycandakı əməliyyatlarının cari vəziyyəti, bankın qısamüddətli və ortamüddətli planları, həmçinin DB-nin Azərbaycan üzrə yeni strategiyası müzakirə predmetidir. Strategiya üzərində iş 2014-cü ilin sonunadək tamamlanacaq. Qeyd edək ki, Dünya Bankı yaxın üç ildə Azərbaycan iqtisadiyyatının daha da inkişaf edəcəyini proqnozlaşdırıb. Qurumun mütəxəssisləri Azərbaycanla bağlı iqtisadi proqnozların müsbət olduğunu bildiriblər. Azərbaycanla yanaşı bir sıra Avropa ölkələrinin iqtisadiyyatında da irəliləyişlərin olacağını bildirən mütəxəssislər MDB məkanında yalnız Azərbaycan və Qazaxıstan iqtisadiyyatında müsbət meyillərin olacağını qeyd ediblər. Onların gəldiyi qənaətə görə, Rusiya və iqtisadiyyatı Rusiyadan asılı olan bir sıra postsovet ölkələrində, xüsusilə Ermənistan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Moldovada bu il də artım müşahidə olunmayacaq. Qeyd edək ki, BMT-nin iqtisadiyyat və sosial məsələlər üzrə departamentinin ekspertləri də Azərbaycan iqtisadiyyatının inkişaf tempinin artacağını proqnozlaşdırırlar.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info