“Bakı-Tbilisi-Qars dəmiryolu Xəzər bölgəsini mərkəzə çevirəcək”
Tarix: 24.01.2014 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


Türkiyədə fəaliyyət göstərən Xəzər Strateji İnstitutunun (HASEN) region üçün əhəmiyyətli mövzuları, məlumatları oxucuların diqqətinə çatdıran “Xəzər World” jurnalının yanvar nömrəsi çapdan çıxıb.
“Enerji və nəqliyyat sahəsində “Xəzər dövrü” başlayır” başlığı ilə açılan jurnalda ötən il dekabr ayının 4-5-də İstanbulda HASEN-in təşkilatçılığı və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ), bp, TPAO şirkətlərinin dəstəyi ilə keçirilən Xəzər Forumuna geniş yer verilib. Forumun əhəmiyyətindən, burada keçirilən müzakirələrin bölgədəki enerji və kommunikasiya layihələri üçün konstruktiv rolundan ətraflı bəhs olunub.
Qeyd edilib ki, Azərbaycanın liderliyi ilə reallaşdırılan Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum enerji layihələri, Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz boru kəmərlərinin tikintisi Avropanın enerji təhlükəsizliyində böyük əhəmiyyətə malikdir. Azərbaycanın sürətli iqtisadi inkişafı regionda nəhəng layihələrin həyata keçirilməsinə və irimiqyaslı sərmayələrin yatırılmasına imkan verir. Müasir İpək Yolunun tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmiryolunun istifadəyə verilməsi Xəzər bölgəsini enerji və kommunikasiya xətlərinin mərkəzinə çevirəcək. Jurnalda Azərbaycan Prezidenti İlham Əliyevə “İlin Xəzər dövlət adamı” mükafatının təqdim olunması da geniş şəkildə işıqlandırılıb. Həmçinin ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin, nəqliyyat naziri Ziya Məmmədovun və Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun forumdakı çıxışlarına yer verilib. Bakıda “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarının imzalanmasının əhəmiyyəti xüsusi vurğulanıb. Jurnalda Türkiyənin İstanbul şəhərindəki Sarıyer rayonunda ümummilli lider Heydər Əliyevin vəfatının onuncu ildönümü ilə bağlı keçirilmiş mərasim də öz əksini tapıb. Bildirilib ki, Heydər Əliyevin siyasi irsi təkcə Azərbaycana deyil, bütün türk dünyasına məxsus sərvətdir.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Bu il sənaye məhsullarının iyirmi iki faizi emal sektorunda istehsal edilib
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info