Türkiyə ilə dövlət qulluğuna dair əməkdaşlıq üzrə Fəaliyyət Planı imzalandı
Tarix: 24.01.2014 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


Bakıda “Türkiyə ilə Azərbaycan arasında dövlət qulluğunun idarə olunmasının inkişafı və dəstəklənməsi sahələrində əməkdaşlıq Protokolu” çərçivəsində “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında 2014-2015-ci illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Planı”nın imzalanma mərasimi keçirildi.
Fəaliyyət Planını Komissiyanın sədri Bəhram Xəlilov və Türkiyənin Dövlət Kadrlar İdarəsinin sədri Mehmet Ali Kumbuzoğlu imzaladı. B. Xəlilov bildirdi ki, Komissiya ilə Türkiyənin Dövlət Kadrlar İdarəsi arasında əməkdaşlığa dair ilk protokol imzalanıb. Həmin protokolun əsasında əməkdaşlıq davam edir. Onun sözlərinə görə, bu gün imzalanan Fəaliyyət Planında isə 2014-2015-ci illər ərzində hər il üçün qarşılıqlı işgüzar səfərlərin həyata keçirilməsi nəzərdə tutulur. Səfərlər zamanı dövlət qulluğunda islahatlar və insan resurslarının idarə olunması sahəsinə dair yeni yanaşmalar nəzərdən keçiriləcək, dövlət qulluğuna qəbul, dövlət qulluqçularının peşə hazırlığı, etik davranış qaydalarına nəzarət sistemi, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi, rotasiya sisteminin tətbiqi, dövlət qulluğunda şəffaflıq, xidmətlərin çatdırılmasında qərəzsizliyin təmin olunması, dövlət qulluqçularının vəzifədə yüksəlişi, dövlət qulluğunda idarəçiliyində e-hökumətin tətbiq olunması sahəsində təcrübə mübadiləsi aparılacaq. Eyni zamanda, hər iki ölkənin dövlət qulluğuna dair aparılmış təhlili nəticəsində müəyyən edilmiş problemli məsələlər və həmin problemlərin həlli yolları sahəsində müzakirələr aparılacaq. Fəaliyyət Planında dövlət qulluğu sisteminə təlim proqramları və seminarların təşkil edilməsi, zərurət olduğu halda dövlət qulluğu və insan resurslarının inkişafına dair nəşrlə mübadiləsinin aparılması da nəzərdə tutulur.
Türkiyənin Dövlət Kadrlar İdarəsinin sədri Mehmet Ali Kumbuzoğlu isə qeyd etdi ki, hər iki ölkənin rəhbərliyi tərəfindən dövlət idarəçiliyi sahəsində əməkdaşlığa böyük önəm verilir: "Biz Azərbaycanla dövlət idarəçiliyi sahəsində əməkdaşlığımızı inkişaf etdirmək niyyətindəyik. Bunun üçün dövlət qulluğunun idarə olunmasının inkişafı və dəstəklənməsi sahələrində müxtəlif layihələr həyata keçiriləcək". İmzalanma mərasimində Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşqun da iştirak edirdi.

Azərbaycan vətəndaşları Türkiyədə dövlət
qulluğuna qəbul edilə bilər


Türkiyənin Dövlət Kadrlar İdarəsinin sədri Mehmet Ali Kumbuzoğlu jurnalistlərə açıqlamasında bildirdi ki, Azərbaycan vətəndaşlarının Türkiyədə dövlət qulluğuna qəbul edilməsinin önünü açmaq üçün əlimizdən gələni edirik. O bildirdi ki, Azərbaycan vətəndaşlarının Türkiyədə dövlət qulluğuna qəbul edilməsi üçün qarşılıqlı olaraq bu istiqamətdə işləri davam etdirəcəklər: “Türkiyədə xüsusilə səhiyyə sistemində kadrlara böyük ehtiyac var. Bu mövzuda həkimlərin müqavilə əsasında cəlb edilməsinə dair addımlar atırıq. Hazırda Türkiyənin səhiyyə sistemində işləyən azərbaycanlılar var”. Mehmet Ali Kumbuzoğlu Türkiyədə dövlət qulluğuna qəbul sahəsində olan bəzi yeniliklərin Azərbaycanda da tətbiq olunacağının gözlənildiyini söyləyib.

İnformasiya texnologiyaları
biliklərinə sahib olan şəxslərə ehtiyac var


Prezident Yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının sədri Bəhram Xəlilov jurnalistlərə açıqlamasında bildirdi ki, komissiyanın xətti ilə dövlət qulluğuna qəbul olan şəxslərin 80 faizini gənclər təşkil edir. O qeyd etdi ki, dövlət qulluğunda iqtisadi bloka aid olan sahələrə böyük ehtiyac var: "Eyni zamanda dövlət orqanlarında informasiya texnologiyaları biliklərinə sahib olan şəxslərə də ehtiyac duyulur. Nazirlər Kabineti yeni qaydalar tətbiq edib. Bu qaydalarda ilk aşağı pillədə dövlət qulluğuna heç bir təcrübə tələb olunmur. Ali məktəbləri bitirmiş şəxslər ixtisaslarına uyğun olaraq vəzifələrini seçib iştirak edə bilərlər".
B . Xəlilov, həmçinin onu da bildirdi ki, artıq dövlət qulluğuna qəbul başa çatıb: "Müsabiqənin ikinci mərhələsi davam edir. Hər iki müsabiqəni uğurla keçənlər dövlət qulluğuna uyğun hesab olunacaqlar. Həmin şəxslərin dövlət orqanlarına rəhbər vəzifələrinə və vakant dövlət qulluğu vəzifələrinə təyin olunmaları üçün tədbirlər görülür. Ümumilikdə 2007-ci ildən başlayaraq bütün təcrübəmizi hər zaman analiz edib, yeniliklər tətbiq edirik. Test imtahanlarının strukturlarını da dəyişmişik, yeni bloklar əlavə olunub".
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
İpək məhsullarının ixrac potensialı
13.11.2018
Mətbuat milli maraqları müdafiə edir
13.11.2018
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb
13.11.2018
AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb
13.11.2018
Heydər Əliyev Beynəlxalq Aeroportu 3,8 milyon sərnişinə xidmət göstərib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info