Şəkili gənclər virusa yoluxmaya qarşı maarifləndirilir
Tarix: 24.01.2014 | Saat: 14:49:00 | E-mail | Çapa göndər


“Həkimlər və Təbib Tələbələr” İctimai Birliyinin təşkilatçılığı ilə Şəki şəhərindəki “Uluçay” Sosial İnnovasiya Mərkəzinin akt zalında “Gənclər arasında sağlamlıq maarifi: profilaktika müalicədən daha üstündür” mövzusunda seminar keçirilib.
Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi gənclər arasında virus hepatitlərinə yoluxmanın qarşısını almaq və yoluxma hallarında düzgün davranış qaydalarını təbliğ etməkdir.
Tələbə-gənclərin, QHT nümayəndələrinin iştirak etdikləri tədbirdə İctimai Birliyin təmsilçiləri Valeh Rüstəmov və Ceyhun Sanıyev çıxış edərək seminarın əsas hədəfinin gələcəkdə aparılacaq maarifləndirmə tədbirləri üçün informativ məlumatların verilməsindən ibarət olduğunu diqqətə çatdırıblar.
Məlumat verilib ki, dünyada 500 milyona yaxın xroniki hepatit C və B xəstəsi var. Bu göstərici İİV/QİÇS-ə yoluxanların sayından 10 dəfə çoxdur. Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, yaşa dolan zaman rast gəlinən ölümlərin 70 faizinin səbəbi yeniyetməlik və gənclik dövründə inkişaf etdirilən yanlış davranışlardır. Yeniyetməlik və gənclik dövründə rast gəlinən əsas patologiyalara vərəm, malyariya, QİÇS, dəri-zöhrəvi xəstəlikləri, virus hepatitləri, bəzi anadangəlmə xroniki xəstəlikləri, arzuedilməz hamiləliyin, alkoqol və narkotiklərin törətdikləri fəsadları nümunə göstərmək olar.
Bildirilib ki, gənclər üçün ən təhlükəli xəstəliklərdən biri də virus hepatitləridir. Təəssüf ki, bu gün dünya əhalisinin hər 12 nəfərindən biri hepatit C və hepatit B virusunun daşıyıcısıdır. İnsanların çoxunun bu viruslara yoluxmasından xəbəri olmur. Virus hepatitlərini “gizli ölüm” də adlandırılır. Düzgün qurulmuş maarifləndirmə işi gəncləri belə ölümlərdən qoruya bilər. Bu məqsədlə cəmiyyətin ictimai fəal hissəsinin köməyi ilə virus hepatitlərinə yoluxmaya qarşı səmərəli mübarizə üsulları seçilməlidir.
Seminarın sonunda iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilib.




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info