Mətbuat Şurasına 420-dən çox şikayət daxil olub
Tarix: 24.01.2014 | Saat: 16:11:00 | E-mail | Çapa göndər


2013-cü ildə Azərbaycan Mətbuat Şurasına ümumilikdə 610 müraciət daxil olub. “Palitra”nın məlumatına görə, bu barədə Mətbuat Şurasının 2013-cü il fəaliyyətinə dair hesabatında deyilir.
Hesabatda qeyd olunur ki, müraciətlərdən 423-ü kütləvi informasiya vasitələrində gedən materiallardan şikayətdir. 187 müraciət müxtəlif təklif və tədbirlərlə, o cümlədən cari məsələlərlə bağlı olub.
Şura Katibliyi 423 şikayətlə əlaqədar tərəfləri Şuraya dəvət edib. Bu mərhələdə 241 məsələ Katiblikdə həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub. Digər 182 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən, məsələlər və onlarla bağlı toplanmış materiallar baxılması üçün Şuranın müvafiq komissiyalarına təqdim edilib.
2013-cü ildə Şuraya daxil olan şikayətlərin 182-si komissiyalarda araşdırılıb. Bunlardan 105-i Şikayətlər üzrə Komissiyada, 48-i "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasında, 8-i Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasında, 11-i İnternet media resursları üzrə Komissiyada, 10-u Sosial-iqtisadi komissiyada araşdırılıb.
Şikayətlər üzrə Komissiyada baxılan 105 məsələdən 88-i komissiya səviyyəsində həllini tapıb. Digər 17 məsələ barədə çıxarılan rəylər qərar qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim edilib.
"Reket jurnalistika"ya qarşı mübarizə Komissiyası tərəfindən araşdırılan 48 şikayətdən 5-i barədə təqdimat verilərək yekun qərarın qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim edilib (41 şikayət isə komissiyada həllini tapıb).
Beləliklə Şuranın İdarə Heyəti 2013-cü ildə ümumilikdə 17 qərar çıxarıb. Bu zaman Şikayətlər üzrə Komissiyanın 17 rəyindən 14-ü (3 rəy təkrar baxılmaq üçün Katibliyə qayratılıb), "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının isə 5 təqdimatından 3-ü əsas götürülüb. Bundan başqa İdarə Heyətinin qərarlarının çıxarılmasında Şuranın 2013-cü ilin fevral ayından fəaliyyət göstərən internet media resursları üzrə komissiyasının tövsiyələri nəzərə alınıb.
İdarə Heyətinin ayrı-ayrı KİV-lərlə bağlı çıxardığı qərarlar onlardan 5-nə xəbərdarlıq edilməsini nəzərdə tutub. 10 qərarda KİV-lərin peşə prinsiplərinə etinasızlığı əksini taparaq media orqanlarına bundan nəticə çıxarmaq tövsiyə olunub. 2 qərar cavabdeh nəşrin adının Mətbuat Şurasının "qara siyahı"sına salınmasını nəzərdə tutub.
İl ərzində Şuranın İdarə Heyətinin 13, Şikayətlər üzrə Komissiyanın 12, "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının 6, Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının 3 iclası keçirilib. Bundan başqa müxtəlif məsələlərlə bağlı Şuranın Sosial-iqtisadi Komissiyasının 7, Hüquq, İqtisadiyyat, Dil, Təhsil, Bölgə mətbuatının inkişafı komissiyalarının hər birinin 4 iclası keçirilib. İnternet media resursları üzrə Komissiyası, Şuranın "apelyasiya qrupu" 2, Ahıl Jurnalistlər Məclisi 8 dəfə toplanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info