Ağcabədidə daha bir sosial layihənin icrasına başlanılıb
Tarix: 24.01.2014 | Saat: 16:36:00 | E-mail | Çapa göndər


Ağcabədidə Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional Ofisi tərəfindən “Məcburi köçkünlərin reinteqrasiyası məqsədi ilə yerli vətəndaş cəmiyyəti təşkilatları və icma əsaslı təşkilatların potensialının gücləndirilməsi” layihəsinin təqdimatı keçirilib.
Təqdimat mərasimində Ağcabədi Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatı Qadınlar Şurasının, Heydər Əliyev Mərkəzinin, Əhalinin Sosial Müdafiə Mərkəzinin və Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələrinin, təhsil şöbəsinin, məşğulluq mərkəzinin və digər qurumların nümayəndələri iştirak ediblər.
Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional ofisinin rəhbəri RadəQafarova layihə barədə məlumat verib. Bildirilib ki, Beynəlxalq Avrasiya Mətbuat fondu ilə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən layihənin əsas məqsədi həyat yoldaşları miqrant olan və gender əsaslı zorakılığın qurbanlarına çevrilən qadınlara xüsusi diqqət göstərilməsi, onların sosial və iqtisadi hüquqlarının müdafiəsidir. Ağcabədi, Ağdam, Beyləqan və Bərdədə həyata keçirilməsi nəzərdə tutulan layihəyə bu rayonların hərəsindən bir qeyri-hökumət təşkilatı əməkdaş qismində cəlb olunub.
Ağcabədi rayonunda artıq layihənin icrasına başlanılmışdır. Layihə çərçivəsində yaradılan Hüquqi Məsləhət Mərkəzidən əhali öz problemlərinin həlli üçün təmənnasız istifadə edə biləcək.
Layihəyə əsasən hər rayondan 25 nəfər peşə təlimlərinə cəlb ediləcəkdir. Təlimin sonunda iştirakçılara sertifikat və mikrokreditlər veriləcək.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info