Quşçuluq müəssisələrinin rəhbərləri ilə müzakirələr aparılıb
Tarix: 24.01.2014 | Saat: 16:45:00 | E-mail | Çapa göndər


“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq, əhalinin qida məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi, ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin daha da yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu istiqamətlərdən biri də quş ətinə olan tələbatın tamamilə yerli məhsullar hesabına ödənilməsidir. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və kənd təsərrüfatı naziri Heydər Əsədovun iştirakı ilə Bakı Biznes Mərkəzində quşçuluq sahəsində fəaliyyət göstərən müəssisələrin rəhbərləri ilə görüş keçirilmiş, quşçuluq sahəsinin inkişafı perspektivləri müzakirə edilib. 40-dan çox quşçuluq təsərrüfatının, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası rəhbərlərinin iştirak etdiyi görüşdə dövlət başçısının aqrar sahəyə, eləcə də quşçuluğun inkişafına xüsusi diqqət göstərildiyi vurğulanıb, əhalinin quşçuluq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyi qeyd edilib. Sənaye üsulu ilə quş əti istehsalının torpaq vergisi istisna olmaqla bütün vergilərdən, eləcə də quşçuluq üçün avadanlıqların idxalının gömrük rüsumu və əlavə dəyər vergisindən azad olunması, yeni texnologiyaların tətbiqi bu sahənin inkişafını daha da sürətləndirmiş, quşçuluq təsərrüfatlarının quş əti və damazlıq yumurta üzrə istehsal gücləri artıb. Digər dövlət dəstəyi tədbirləri ilə yanaşı, quşçuluq sahəsində investisiya layihələrinə güzəştli kreditlərin verilməsi də bu sahənin inkişafına əhəmiyyətli təsir göstərib. Belə ki, son illərdə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən müasir texnologiyalara əsaslanan və illik istehsal gücü 55 min ton quş əti, 84 mln. ədəd damazlıq yumurta və 164,5 mln. ədəd əmtəəlik yumurta olan 39 quşçuluq təsərrüfatının maliyyələşdirilməsinə 98 mln. manatdan çox güzəştli kredit verilib. Artıq 28 quşçuluq təsərrüfatı istifadəyə verilib, 2014-cü il ərzində daha 11 quşçuluq təsərrüfatının fəaliyyətə başlaması gözlənilir. Görülən işlərin nəticəsidir ki, son 3 ildə quş əti istehsalı 1,5 dəfədən çox artaraq 2013-cü ildə 97.3 min tona, o cümlədən sənaye üsulu ilə quş əti istehsalı 2,6 dəfə artaraq 55 min tona çatıb. Bununla belə, quş ətinə olan tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsi və bu sahədə ixrac potensialının yaradılması üçün geniş imkanlar var. Görüşdə bu istiqamətdə sahibkarların təklifləri dinlənilmiş, quşçuluğun inkişafı, xüsusilə sənaye üsulu ilə quş əti istehsalının daha da artırılması imkanları barədə müzakirələr aparılıb. Sonda İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı nazirliklərinin, Quşçuluq Cəmiyyətinin nümayəndələrindən ibarət işçi qrupun yaradılması qərar alınıb. İşçi qrupuna quşçuluq sahəsində mövcud vəziyyəti təhlil etmək, bu sahənin sürətli inkişafı üçün görüləcək tədbirlər barədə təkliflər hazırlamaq tapşırılıb.

İlkin






 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info