UNESCO tərəfindən İçərişəhərə gücləndirilmiş mühafizə statusu verilib
Tarix: 24.01.2014 | Saat: 17:40:00 | E-mail | Çapa göndər


Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin 2013-cü il üzrə fəaliyyəti barədə hesabat toplantısı keçirilib. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev 2013-cü ildə İdarənin əsas fəaliyyət istiqamətləri - abidələrin mühafizəsi, “İçərişəhər” və “Qala” qoruqlarının beynəlxalq standartların tələblərinə uyğun olaraq idarə olunması və dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə həyata keçirilmiş işlərdən danışıb. Qoruqların tarixi-memarlıq görkəminin qorunmasının milli-mədəni irsimizin təbliğindəki önəmini vurğulayan idarə rəisi bildirib ki, 2013-cü ildə də dünya və ölkə əhəmiyyətli abidələrdə bərpa və konservasiyası işləri idarənin əsas prioritetləri kimi qalıb. Belə ki, Qız Qalasında 2009-cu ildən başlayan konservasiya işləri tamamlanıb, abidənin daxilində beynəlxalq standartlara cavab verən yeni muzey ekspozisiyası yaradılıb. Ötən ilin uğurları sırasında “İçərişəhər” DTMQİ-nin “Xarici ölkə tərəfindən ən əhəmiyyətli layihənin reallaşdırılması” nominasiyasında “Mədəni irsin qorunması və onun dəyərinin artırılmasına görə-“Italian Heritage Award” nüfuzlu beynəlxalq mükafata layiq görülməsi xüsusi qeyd edilib. Bundan əlavə, UNESCO tərəfindən İçərişəhərə Şirvanşahlar Sarayı və Qız Qalası ilə birlikdə gücləndirilmiş mühafizə statusu verilib ki, bu da Azərbaycanın zəngin tarixi-memarlıq irsinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin göstəricisidir. İclasda daha sonra İdarənin tabeliyindəki qurumların rəhbər şəxsləri hesabatları ilə çıxış edərək, öz sahələri üzrə keçən ildə görülmüş işlərdən danışıblar. Sonda İdarə rəisi cənab Samir Nuriyev “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin 2014-cü il üçün əsas məqsəd və vəzifələrindən, qarşıda duran hədəflərdən bəhs edib, İdarənin qurumlarının rəhbərlərinə müvafiq tapşırıqlar verib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info