“Tert.am”: “Avropa İttifaqı Ermənistanın layihələrini maliyyələşdirməkdən imtina etdi”
Tarix: 24.01.2014 | Saat: 18:16:00 | E-mail | Çapa göndər


Ermənistan hakimiyyətinin Avropa İttifaqını dilə tutmaq istəyi baş tutmayıb. Avropa İttifaqı ilə apardığı danışıqlardan imtina edərək Gömrük İttifaqını seçən İrəvana Brüsseldən zərbələr gəlməkdədir. “Tert.am” xəbər verir ki, Avropa İttifaqı Ermənistanın büdcə təşkilatlarının layihələrini maliyyələşdirməkdən imtina edib. Sayt xəbər verir ki, rəsmi İrəvan nümayəndələrinin Brüssel təmsilçiləri ilə son bir ay ərzində apardığı danışıqlarda müsbət nəticə əldə edilməyib. Avropa İttifaqı Ermənistan büdcə təşkilatlarının həyata keçirdiyi layihələrin maliyyəsini dayandırdığından həmin layihələr yarımçıq qalıb. Ermənistan Gömrük İttifaqını seçməzdən əvvəl Avropa İttifaqı ilə fəal danışıqlar aparırdı. Brüssel həmin vaxt Ermənistana külli miqdarda qrant ayırmışdı. Həmin qrantlar əsasən yerli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması, hesabatların hazırlanması, məhkəmə-hüquq sistemində islahatların həyatı keçirilməsi ilə bağlı büdcə təşkilatlarının layihələrinə ayrılmışdı. Rəsmi İrəvanın Gömrük İttifaqını seçməsindən sonra Avropa İttifaqı da həmin layihələri maliyyələşdirməkdən imtina edib.
Anar




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Paşinyanın inqilabdan sonra Qərbdən maliyyənin sel kimi axacağı xəyalı puç oldu
22.01.2019
Ermənistanda bir ildə korrupsiya ilə bağlı 8 mindən çox fakt qeydə alınıb
21.01.2019
Ərdoğan Tramp və Putinlə razılaşmağa çalışır
21.01.2019
Ukraynada yaşayan azərbaycanlının prezidentliyə namizədliyi qeydə alınıb
21.01.2019
Ermənistana yatırılan sərmayə 11 dəfə azalıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info