Səbail rayonunun Bayıl-20-ci yaşayış sahəsi öz görkəmini dəyişəcək
Tarix: 24.01.2014 | Saat: 18:18:00 | E-mail | Çapa göndər


«Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»yə uyğun olaraq 2012-ci ilin sonunda yaradılmış olan Səbail rayonunda İcra Hakimiyyəti Başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi paytaxtın mərkəzi rayonunun Bayıl-20-ci yaşayış sahəsi ərazilərini əhatə edir və burada 51 min nəfər sakin yaşayır. Səbail rayon rəhbərliyi, rayonun təsərrüfat xidmətləri rəhbərləri, rayon ictimaiyyətinin iştirakı ilə 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ilk hesabat yığıncağı keçirilib. Səbail Rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov Prezident İlham Əliyev tərəfindən Bakı şəhərinə göstərilən diqqət və qayğıdan, gələcəkdə şəhərin mərkəzinin daha da abadlaşdırılması, burada sakinlər və şəhərimizin çoxsaylı qonaqları üçün hər cır şəraitin yaradılması üçün görülməli olan işlərdən danışıb. A.Əsgərov 2013-cü ildə rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr, Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı yeni qəbul olunmuş Dövlət Proqramında Səbail rayonu ilə bağlı nəzərdə tutulmuş tədbirlər barədə geniş məlumat verib.
Hesabat məruzəsi ilə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Namiq Muradov bildirib ki, 2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə bu ərazidə Bakıda Su İdmanı Sarayının təməlqoyma, Milli mətbuat günü münasibəti ilə Əhəd Yaqubov küçəsində jurnalistlər üçün tikilmiş binada mənzillərin paylanması və inşa ediləcək növbəti binanın təməlqoyma mərasimləri keçirilib, oktyabrın 19-da ölkə başçısı yenidən Prezidenti seçilməsi ilə bağlı Dövlət Bayrağı Meydanını ziyarət edib. Ötən il «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»na uyğun olaraq Arif İsmayılov küçəsində 102 və 118 saylı 35 kilovoltluq 2 yeni yarımstansiyası tikilərək şəbəkəyə qoşulub, Cövdət Hacıyev adına 3 saylı musiqi məktəbi sökülərək yenidən inşa olunub, 163 saylı orta məktəbin binası, 33 saylı poliklinikanın əsas binası və 20-ci sahədə yerləşən 1 saylı şöbəsi əsaslı təmir olunub, 20-ci sahədə yeni 19 saylı Köməkçi Təcili Tibbi Yardım Stansiyası yaradılıb. 20-ci sahə ərazisində 35 kilovoltluq yeni yarımstansiyanın, Səbail rayon Pokurorluğunun 3 mərtəbəli inzibati binasının, Müasir İstedadlar Məktəbi üçün idman və yataqxana komplekslərinin tikintisi davam edir, «Turac» uşaq bağçasında möhkəmləndirmə-yenidənqurma işləri başa çatmaq üzrədir. Dənizkənarı Milli Bulvarın Bayraq Meydanı istiqamətində genişləndirilməsi və burada yeni istirahət güşələrinin yaradılması işləri böyük sürətlə davam etdirilir. Bayıl dairəsi ərazisində abadlıq işləri görülüb, yeni yeraltı keçidin inşası, yolun mərkəz hissəsinin qurulması və burada yaşıllıqların salınması işləri aparılır. Qurban Abbasov küçəsinin sonundakı 35, 76 və 78 saylı binaların üzlənməsi başa çatmaq üzrədir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info