Elizabet Hou: “Regionların tərəqqisinin şahidi oldum”
Tarix: 24.01.2014 | Saat: 18:48:00 | E-mail | Çapa göndər


Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılması, əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, məhkəmə sisteminin daha da təkmilləşdirilməsi üzrə genişmiqyaslı islahatlar aparılır, respublikamızda müasir məhkəmə infrastrukturu yaradılır. Bu tədbirlər çərçivəsində yanvarın 24-də Qəbələ Rayon Məhkəməsi üçün müasir inzibati binanın təməlqoyma mərasimi keçirilib. Mərasimdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, ölkəmizdə səfərdə olan Beynəlxalq Prokurorlar Assosiasiyasının baş müşaviri, Britaniya Krallığının prokuroru xanım Elizabet Hou, habelə bölgənin hakimləri, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, ədliyyə işçiləri iştirak ediblər. Mərasimdə çıxış edən ədliyyə naziri F.Məmmədov ölkə başçısının rəhbərliyi ilə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları, o cümlədən məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsi, müasir infrastrukturun yaradılması barədə məlumat verib. Respublikamıza səfərindən məmnunluğunu ifadə edən xanım E.Hou Azərbaycanda sürətli inkişafın və regionların hərtərəfli tərəqqisinin şahidi olduğunu vurğulayıb, səfər zamanı ölkəmizdə aparılan genişmiqyaslı məhkəmə-hüquq islahatları, xüsusilə müasir İKT-lərlə təchiz olunmuş prokurorluq və məhkəmə infrastrukturu, o cümlədən Ali Məhkəmə, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi, ASAN xidmət, Bakı şəhəri Yasamal rayon məhkəməsi ilə tanışlıqdan heyran qaldığını qeyd edib. Ölkəmizdə aparılan məhkəmə və ədliyyə islahatlarının onda yüksək təəssüratlar yaratdığını deyən xanım E.Hou, respublikamızda korrupsiyaya qarşı aparılan qəti mübarizənin və bu sahədə möhkəm siyasi iradənin mövcudluğunu bildirib, Azərbaycanın brendinə çevrilmiş ASAN xidmətin mühüm innovativ təcrübə olduğunu vurğulayıb. O, ölkəmizdə tanış olduğu müsbət təcrübənin digər ölkələr üçün nümunə olmasını söyləyib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Ağsu dolayları qardan təmizlənsə də, gecə yollar buz bağlaya bilər
18.01.2019
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
17.01.2019
Ən faydalı on göyərti
17.01.2019
Elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb
17.01.2019
Külək dayanacağın damını uçurub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info