Yardımlıda “Sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbiri keçirilib
Tarix: 24.01.2014 | Saat: 18:50:00 | E-mail | Çapa göndər


Sahibkarlığa Kömək Milli Fondu “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda bu ilin 2-ci tədbirini Yardımlı rayonunun Avaş kəndində keçirib. 70-ə yaxın sahibkarın iştirak etdiyi tədbirdə Yardımlı rayonunun iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatının, arıçılıq təsərrüfatlarının o cümlədən, sənaye üsulu ilə bal istehsalı müəssisəsinin, meyvə emalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin güzəştli kreditlər hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodik materiallar paylanıb. Tədbirdə çıxış edən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov və Lənkəran regional bölməsinin müdiri Çingiz Məmmədov dövlət başçısının diqqət və qayğısı nəticəsində regionların sürətlə inkişaf etdiyini, müasir texnologiyalara əsaslanan yeni müəssisələrin yaradıldığını və məşğulluq səviyyəsinin artdığını vurğulayıb, ölkənin digər bölgələrində olduğu kimi, Yardımlıda da quruculuq-abadlıq işlərinin geniş vüsət aldığını, yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri, yeni iş yerlərinin açıldığını bildiriblər.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev fondun fəaliyyəti, ötən il güzəştli kreditlər hesabına maliyyələşdirilən layihələr, güzəştli kredit alınması üçün yaradılmış elektron idarəetmə sistemi və onun üstünlükləri barədə tədbir iştirakçılarına məlumat verib. Bildirilib ki, 2013-cü ildə fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 4468 investisiya layihəsinin maliyyələşdirilməsinə 275 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 12 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. 2013-cü ildə Lənkəran iqtisadi rayonunda heyvandarlıq, quşçuluq, bağçılıq, tərəvəzçilik, istixana təsərrüfatlarının yaradılması, tikinti materiallarının istehsalı və s. investisiya layihələrinin maliyyələşdirilməsinə 21,6 milyon manat güzəştli kredit verilib. Bu kreditlərin reallaşdırılması 1200-ə yaxın yeni iş yerinin açılmasına imkan verir.
Tədbirdə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə Yardımlı və ətraf rayonlarda fəaliyyət göstərən 26 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 2,8 milyon manat güzəştli kreditin verilməsi barədə qərar qəbul edildiyi sahibkarların diqqətinə çatdırılıb. Bu kreditlər əsasən, heyvandarlıq, quşçuluq, istixana təsərrüfatlarının yaradılması və s. sahələrin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması 100-ə yaxın yeni iş yerinin yaradılmasına imkan yaradacaq.
Tədbir çərçivəsində Masallı rayonunda güzəştli kredit ayrılmış ildə 650 ton tərəvəz məhsulları istehsal etmək gücünə malik müasir istixana təsərrüfatında aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib.
İlkin




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info