Ukrayna müxalifəti hakimiyyətlə danışıqlardan imtina etdi
Tarix: 24.01.2014 | Saat: 23:55:00 | E-mail | Çapa göndər


Kiyevdə “Avromeydan” iştirakçıları Qruşevski küçəsində qarşıdurmanın davam etdirilməsinə səs veriblər. Bu barədə “UNİAN” xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, “Azadlıq” partiyasının lideri Oleq Tyaqnibok meydanda toplaşan etirazçılar qarşısında çıxışında prezident Viktor Yanukoviçlə aparılmış danışıqlar barədə məlumat verib. Xatırladaq ki, razılaşmaya əsasən, etirazçılar Qruşevski küçəsini boşaltmalı, DİN isə iğtişaşlar zamanı saxlanılanları azadlığa buraxmalıdır. O, aksiya iştirakçılarına müraciət edərək onların hakimiyyətlə razılaşdırılmış planla razı olub-olmadıqlarını soruşub. Lakin etirazçılar bu təkliflə razı olmadıqlarını bildiriblər. Bundan sonra Oleq Tyaqnibok hakimiyyətlə sövdələşməyə getmək və Qruşevski küçəsində qarşıdurmanı davam etdirmək təkliflərini səsverməyə çıxarıb. Etirazçıların əksəriyyəti ikinci təklifi dəstəkləyib. Oleq Tyaqnibok etirazçıların qərarı ilə razılaşıb, lakin qarşıdurmanın nizam-intizama ciddi riayət olunmaqla və bir mərkəzdən idarə edilməklə davam etdirilməsinin vacibliyini vurğulayıb: “Bu qərardan hər bir kəsin həyatı asılıdır. Biz sizinlə mübarizəni davam etdirməyə qərar veririk, lakin bir şərtlə - nizam-intizamı qorumaq, əmrlərə əməl etmək şərti ilə”. “Batkivşina” fraksiyasının lideri Arseniy Yatsenyuk da, öz növbəsində, etirazçıları nizam-intizama, məsuliyyətli olmağa çağırıb: “İnsanların və ölkənin taleyinə görə məsuliyyət bizim üzərimizdədir”. Qeyd edək ki, Kiyevdə iğtişaşlar zamanı xəsarət alan asayiş keşikçilərin sayı 278 nəfərə çatıb, onlardan 100-ü xəstəxanalara yerləşdirilib.




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Soçi aeroportunda işdən çıxarılan ermənilər millətlərarası ədavəti qızışdırırlar
16.08.2019
“Erməni xalqı inqilab əvəzinə mənasız hakimiyyət dəyişikliyi əldə edib”
16.08.2019
Ermənilər ölkədə doğum nisbətini artırmaq üçün baş sındırırlar
15.08.2019
Ermənistanda növbəti izdihamlı etiraz aksiyası keçirilir
15.08.2019
Ermənistanda işsizlərin sayı 6,7 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info