Yeni keçidin inşası qatarların hərəkəti dayandırılmadan aparılacaq
Tarix: 25.01.2014 | Saat: 00:06:00 | E-mail | Çapa göndər


Bakı Metropoliteninin «Elmlər Akademiyası» stansiyasının ikinci giriş-çıxışının tikintisi işləri davam etdirilir. Ərazinin mürəkkəb hidrogeoloji şəraiti məlum olsa da, burada müasir üsulların tətbiqi ilə maili və piyada tunellərinin tikintisi tamamlanıb. İnşaatı aparan «Azərtunelmetrotikinti» ASC indi stansiya tunelləri və platforma üzərində tikinti aparır.
Qarşıdakı müddətdə tunel tavanı sökülməklə keçidin platformanın orta zalına tam birləşdirilməsinə başlanılacaq. Metropoliten rəhbərliyi burada qatar hərəkətini dayandırmadan keçidin inşasını tamamlamaq niyyətindədir. Bu məqsədlə baş mühəndis Fuad Tağızadənin sədrliyi, rəis müavinləri Rizvan Bayramov və Arif Rəsulov, eləcə də istehsalat-texniki şöbə və tikilən metropoliten müdiriyyəti, tunel qurğuları, elektrik təchizatı, elektromexanika xidməti, «Bakımetrolayihə» İnstitutu və tikintini aparan «Azərtunelmetrotikinti» ASC-nin məsul şəxslərinin iştirakı ilə Texniki Şuranın iclası keçirilib. Hazırkı mərhələdə tunelin tübinqləri çıxarılacaq hissəsində üzlük təhlükəsiz qaydada sökülməlidir. Sanitar-gigiyenik tələblər və sərnişin təhlükəsizliyi nəzərə alınaraq, söküntü-inşaat işləri sahəsi platformanın orta zalından xüsusi çəpərlə ayrılıb. «Bakımetrolayihə»nin verdiyi layihəyə əsasən, tunelin tavan hissəsində asma tavan quraşdırılacaq, dəmir-beton konstruksiyaları yığılacaq. Hazırda işlərin dəqiq qrafikinin tutulması üzərində razılaşdırma və məsləhətləşmələr aparılır. Tikintinin sifarişçisi, tikilən metropoliten müdiriyyətinin rəisi və metropoliten rəisinin müavini Arif Rəsulov qeyd edib ki, vestibülün inşası ilə bağlı məsələlər də artıq həllini tapıb. Tikinti ilə əlaqədar ətraf ərazidə görüləcək işlər üçün müvafiq dövlət orqanlarından müsbət cavab alınıb və inşaatın hazırlıq tədbirlərinə başlanılıb.




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
“Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan qaldırıb”
26.09.2018
“Azerspace-2” peyki Kuru kosmodromundan orbitə buraxılıb
26.09.2018
Azərbaycan neftinin bir barreli 83,56 dollara satılır
26.09.2018
Yanvar-avqust aylarında elektrik avadanlığı istehsalı 3 dəfə artıb
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10146

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info