Leyla Yunus bir daha ermənilərin adamı olduğunu sübut etdi
Tarix: 25.01.2014 | Saat: 00:08:00 | E-mail | Çapa göndər


Bu gün müstəqil inkişaf yolunu tutmuş, ictimai-siyasi, iqtisadi, sosial inkişaf göstəriciləri üzrə regionda lider mövqedə olan Azərbaycana qısqanclıq sərgiləyən tərəflər də var.
Onlar Azərbaycana qarşı düşmən mövqeləri təmsil edirlər. Buna görə də biz dünyanın diqqətinin Azərbaycana dikildiyi əlamətdar dönəmlərdə, situasiyalarda bu antiazərbaycan qüvvələrin təxribatlarının, qarayaxma kampaniyalarının tez-tez şahidi oluruq. Xüsusən də onlar ölkəmizdə baş verən prosesləri təhrif etməklə, yalan və dezinformasiyalardan yararlanmaqla fəaliyyətə keçirlər. Və ələlxüsus da onlar bu işdə Azərbaycandakı əlaltılarından, agentlərindən yararlanırlar, onların şpionajlığı əsasında ölkəmizlə bağlı yalançı hesabatlar, məruzələr hazırlayırlar. Bu cür antiazərbaycan qüvvələrin əlaltılarından və ən yaxın adamlarından biri isə Azərbaycan millətinə, cəmiyyətinə daban-dabana yad və zidd olan Leyla Yunus adlı “hüquq müdafiəçi”sidirg.
Antiazərbaycan dairələr və erməni lobbisi müxtəlif vasitələrlə Azərbaycana qarşı “qara piar” kampaniyasını məhz L. Yunus kimi ermənipərəst, antimilli ünsürlərdən yararlanmaqla “effektiv” şəkildə davam etdirir. Bu arada L.Yunus yenə də öz ampluasındadır. Belə ki, o, artıq terrorçular da daxil olmaqla konkret cinayət törətmiş şəxsləri “repressiya qurbanları” kimi qələmə verməklə kifayətlənmir, həm də onları təsnifləşdirməyə çalışır. O, Avropa Şurasının qərar və qətnamələrini manipulyasiya obyektinə çevirir, guya bu qurumun sənədlərində “siyasi məhbus”, “vicdan məhbusu” kimi anlayışların tərifi verildiyini iddia edir. Əgər 2001-ci ildə Azərbaycan Avropa Şurasına üzv qəbul olunarkən Avropa Şurası Baş katibinin tapşırığı ilə bu qurumun ekspertləri tərəfindən “siyasi məhbus” anlayışının tərifi hazırlanmışdısa, 2012-ci ildə AŞPA-nın payız sessiyasının plenar iclasında, daha sonra isə qurumun sessiyasında qızğın müzakirə və mübahisələr necə izah olunmalıdır?
Ermənipərəstliyini Azərbaycana qarşı hər münasibətində açıq büruzə verən və gizlədə bilməyən L.Yunus unudub ki, 2013-cü ildə Kristofer Ştrasser və onun arxasında duran antiazərbaycan dairələrin AŞPA-da iflası Azərbaycana qarşı açıq və kobud qarayaxma kampaniyasının qurumun əksər deputatları tərəfindən dəstəklənməməsi ilə yanaşı, həm də “siyasi məhbus” anlayışı ilə bağlı qeyri-müəyyənliyin qalması ilə əlaqədar olub. Həmçinin, bu anlayış bəzi xarici dairələr tərəfindən əsl alver, təzyiq və sui-istifadə predmetinə çevrildiyindən, AŞPA kimi nüfuzlu beynəlxalq qurumlar da bunun fərqinə varıb. Ancaq L.Yunus özünü görməzliyə vurur, faktları təhrif edir, ağ yalan danışır və öz havadarlarının sifarişi, aldığı rüşvət və müxtəlif dedi-qodulara əsaslanaraq ilbəil “siyasi məhbus” siyahısı “istehsal edir”. Çünki özünün antiazərbaycan vücudunu və simasını saxlamaq üçün bu cür “siyahı”lar və hər cür qarayaxmalar ona hava və su kimi vacibdir. İlin 11 ayını xaricdə keçirən, son aylar isə xaricdə müalicə olunan Leyla Yunus həmin “siyahı”sında göstərdiyi 34 nəfərin hansı ilə görüşüb, onlardan hansının işini araşdırıb? Təsadüfi deyil ki, keçirdiyi mətbuat konfransında bununla bağlı sual L.Yunusu çıxılmaz vəziyyətə salıb. O, bu barədə heç bir misal çəkə bilməyib və məsələdən yayınıb. Leyla Yunus fəaliyyətinin bütün dövrlərində antimilli, antiazərbaycan mövqeyi ilə tanınıb, Azərbaycan dövlətçiliyinə qarşı mübarizə aparıb, bu işdə xarici düşmən qüvvələrlə, o cümlədən ermənilərlə də işbirliyindən çəkinməyib. O, AŞPA-da obyektiv mövqeyi ilə seçilən deputatlara qarşı kampaniya həyata keçirir, onlarla bağlı ağılasığmaz ittihamlar irəli sürür. L.Yunus Kristofer Ştrasser və onu dəstəkləyən dairələrin qərəzli mövqeyinə qarşı çıxan hər bir AŞPA deputatını hədəfə götürməklə onları gözdən salmağa çalışır.
“Hüquq müdafiəçisi” adı altında özünü təqdim etməyə çalışan L.Yunus Azərbaycanda baş verən hər hansı hadisəni qərəzli şəkildə qabardaraq beynəlxalq təşkilatların və xarici medianın diqqətini buna cəlb etmək və ölkəmizi qara rəngdə göstərmək üçün əlindən gələni edir. L.Yunus “xidmətlərinin” müqabilində aldığı külli miqdarda vəsait hesabına müxtəlif xarici ölkələrdə mülklər və s. obyektlər əldə edib. L.Yunus və onun əri Arif Yunusun ermənilərlə qohumluğu haqqında çoxsaylı materiallar dərc olunub, faktlar açıqlanıb. Cəmiyyət, ictimaiyyət nümayəndələri L.Yunus kimi antimilli ünsürlərin bədəməlli fəaliyyətinə son qoyulmasını tələb etməli, onlara layiq olduğu münasibət göstərməlidir. Bəzi faktları da misal çəksək, bir daha L.Yunusun antiazərbaycan və sırf ermənipərəst siması göz önünə aydın şəkildə gəlmiş olar. Yuxarıda qeyd etdik ki, L.Yunus istənilən məsələdən sırf antidövlət və antiazərbaycan məqsədilə yararlanmağa, bununla xaricdəki mənbələrinə yarınmağa çalışır. Məsələn, 2011-ci ildə şəhərin mərkəzində - Heydər Əliyev Sarayın arxa hissəsində plana düşmüş köhnə evlər kompensasiya ödənilməklə söküləndə də, orada ofisi olan L.Yunus hay-küy salmışdı. Hələ kompensasiya məbləği bəlli olmamış, bu adam yalançı hay-küy və “insan haqları” spekulyasiyaları ilə haray-həşir salmışdı və sona qədər də bu ampluasında qaldı. Halbuki əhalinin hamısı hər kvadratmetrə görə verilən 1500 manata görə razı qalmışdı. L.Yunus isə razı qalmadığı üçün təkcə onun ofisi ortada qalmışdı və digər evlərin sakinləri evlərini təhvil verərək kompensasiyalarını alıb getmişdilər. Amma ermənipərəst Yunus işığının, qazının, suyunun guya kəsildiyi ilə bağlı hər yana car çəkirdi və xarici KİV-ə yalan məlumatlar ötürürdü ki, Azərbaycanın imicinə xələl gəlsin. Yaxud ölkəmizdə “Eurovision” keçirilən ərəfədə L.Yunus kimi antimilli adamın antiazərbaycan kampaniyasına canla-başla qoşulduğu, bu barədə “kreativ” təşəbbüslərlə çıxış etdiyi də unudulmamalıdır. Məhz bu cür əlaltıların əli ilə Azərbaycana bütün dünya diqqət kəsildiyi ərəfədə ölkəmizdəki tərəqqi, yeniliklər və inkişaf təhrif edilməyə çalışırdı, “ağ”ın içərisində “qara” axtarılırdı. Yaxud Azərbaycan millətinə, xalqına və dilinə Leyla Yunus kimi erməni xislətli şəxsin etdiyi həqarətə bir misal. “Milli Şura” adlı müxalif qurumun yığıncağında L.Yunus rusca danışırmış. Ona bu barədə irad tutulanda, azərbaycanca danışılması istəniləndə isə təxminən belə deyib: “Mən elə öz dilimdə danışıram. Azərbaycanca isə söyüş söyürəm”. Görünən dağa nə bələdçi?! Bu cür faktlar aydın olandan sonra, L.Yunusun hər hansı “ictimai fəaliyyəti”ndən Azərbaycan millətinə, cəmiyyətinə bir fayda gələcəyinə inanmaq olarmı?
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info