“ASAN xidmət” idarəetmənin modernləşdirilməsində mühüm bir amildir”
Tarix: 25.01.2014 | Saat: 00:32:00 | E-mail | Çapa göndər


Hazırda, ölkəmizdə həm dövlət, həm də qeyri-hökumət təşkilatları tərəfindən korrupsiya əleyhinə müxtəlif istiqamətdə işlər aparılır. Ümumiyyətlə, diqqət edilsə, ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində 2004-cü ildən bu yana daha aktiv işlər görülüb. Bu günə kimi korrupsiyaya qarşı Milli Strategiya, Milli Fəaliyyət Planı, dövlət proqramları qəbul edilib.
Bütün bunlar da korrupsiya əleyhinə həyata keçirilən tədbirlərin davamlılığını təmin etmək, bu sahədə normativ hüquqi bazanı və institusional mexanizmləri təkmilləşdirmək, dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətini açıq hökumət prinsiplərinə uyğunlaşdırmaq, qərarların qəbulu prosesində ictimaiyyətin iştirakının genişləndirilməsi və şəffaflığın artırılması və s. məqsəd daşıyır.
Hökumətin antikorrupsiya siyasəti bu gün davam etməkdədir. Bunu Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin çıxışından da görmək olar. Dövlət başçısı müşavirədə bildirib ki, korrupsiyaya və rüşvətxorluğa qarşı ciddi mübarizə davam etdiriləcək: “Keçən ildə olduğu kimi, bu il də korrupsiyaya və rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılacaqdır”, deyə Prezident əlavə edib.
Dövlət başçısı “ASAN xidmət”in fəaliyyətə başlamasının bu sahədə böyük bir dönüş yaratdığını vurğulayıb: “ASAN xidmət” Azərbaycan məhsuludur, Azərbaycan ixtirasıdır, Azərbaycan brendidir. “ASAN xidmət”də göstəriləcək xidmətlərin sayı artırılmalıdır və bu il yeni regional mərkəzlər də yaradılmalıdır.”
Prezident tapşırıq verib ki, bütün dövlət idarələrində, xüsusilə vətəndaşlarla təmasda olan dövlət qurumlarında korrupsiyaya, rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılmalıdır: “Yerlərdə, mərkəzi icra orqanlarında, yerli icra orqanlarında korrupsiyaya bulaşmış şəxslər vəzifədən kənarlaşdırılmalıdır. Onlara qarşı cinayət işləri açılmalıdır”.
“Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev qəzetimizə açıqlamasında Prezidentin çıxışında korrupsiya ilə bağlı ciddi məsələlərə toxunduğunu qeyd etdi. Korrupsiyaya qarşı mübarizə istiqamətində atılan addımlardan danışan Ə.Nuriyev bütün bunları konkret olaraq dövlət qulluğunda sosial müdafiənin gücləndirilməsi vasitəsilə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi kimi qiymətləndirdi: “Ölkə başçısı Nazirlər Kabinetinin iclasında maraqlı bir məqama da toxunur ki, korrupsiya əməli törədənlərə qarşı cəza tədbirləri gücləndirilməlidir. Bu, həm də korrupsiyaya qarşı mübarizənin şaxələnmiş formada həyata keçirilməsinin göstəricisidir. Çünki korrupsiyaya qarşı mübarizə həm inzibati metodlarla, həm də önləyici metodlarla aparılmalıdır. Bu da struktur, sistemli institusional dəyişiklikləri, eləcə də önləyici tədbirlərin qurulmasını əhatə edir”.

“ASAN xidmət”lər bütün ölkəni əhatə edəcək

Fondun sədri korrupsiyaya qarşı mübarizənin bütövlükdə cəmiyyət üçün hesablandığını vurğuladı: “Bunlar iqtisadi münasibətlərin daha da gücləndirilməsi, davamlı iqtisadi inkişafın təmin edilməsi, insan hüquq və azadlıqlarının daha səmərəli formada müdafiə edilməsinə yönələn addımlardır. Çünki hökumətin əsas qayəsi vətəndaşa xidmət etməkdir. Korrupsiyaya qarşı atılan addımlarda birbaşa məhz bu proseslərin həyata keçirilməsi nəzərdə tutulur. Digər tərəfdən də bu fəaliyyət planları onu sübut edir ki, korrupsiyaya qarşı mübarizə və hökumətin fəaliyyətinin səmərəliliyinin artırılması ölkənin davamlı olan prioritetləridir”.
Onun sözlərinə görə, “ASAN xidmət” çox mühüm bir məsələnin həll edilməsinə geniş imkanlar yaratdı: “Bu xidmət dövlət orqanları tərəfindən göstərilən xidmətlərin artırılmasına, korrupsiyanın səviyyəsinin məhdudlaşdırılmasına, şəffaflığın artırılmasına əhəmiyyətli kömək oldu”.
Ə.Nuriyev dedi ki, “ASAN xidmət” müştərilərlə münasibətdə müvafiq davranışın sərgilənməsini aydın göstərdi: “Məsələ burasındadır ki, “ASAN xidmət” yaradılana qədər dövlət orqanları tərəfindən belə xidmətlər göstərilərkən çox zaman vətəndaşlarla münasibətlərdə kobudluğa, eləcə də korrupsiya sövdələşmələrinə yol verilirdi. Buna görə də məişət korrupsiyasının səviyyəsi xeyli dərəcədə genişlənirdi. Eyni zamanda müştəri bu zaman çox vaxt itirirdi. Amma burda bir mərkəzdə 23 xidmətin və bütövlükdə 56 yardımçı xidmətlərin göstərilməsi vətəndaşa o imkanı yaradır ki, bu proses şəffaf şəkildə keçsin, həm davranış adekvat olsun, məmnunluq təmin olunsun, vaxt itirməsin, əlavə vəsait xərcləməsin. Bütün bunlar onu göstərir ki, “ASAN xidmət” korrupsiyanın səviyyəsini xeyli dərəcədə azaltdı. Cənab Prezident xüsusi olaraq qeyd etdi ki, “ASAN xidmət” lər bütün ölkəni əhatə edəcək. Bu il ərzində minimum 5 “ASAN xidmət” mərkəzi yaradılacaq”.
Həmsöhbətimiz bu fəaliyyətin eyni zamanda alternativ bir xidmət olduğunu vurğuladı: “Bu, digər dövlət orqanları tərəfindən göstərilən xidmətlərin çeşid və keyfiyyətini də artıracaq. Çünki burda bir rəqabət mühiti də var. “ASAN xidmət” belə yüksək keyfiyyətlə xidmət göstərdikcə, digər dövlət orqanları da öz fəaliyyətlərində müvafiq standartlara uyğun olaraq xidmətlər göstərməyə başlayıblar. Bu da vacib olan bir məsələdir”.

“Əsas məsələ vətəndaşa xidmətin keyfiyyətinin
artırılmasıdır”


O hesab edir ki, “ASAN xidmət” idarəetmənin modernləşdirilməsində mühüm bir amildir: “Azərbaycanda bu gün tətbiq edilən “ASAN xidmət”in modeli digər ölkələrdən, həm xidmətlərin çoxluğu, həm də xidmətlərin vahid bir yerdə aparılması ilə fərqlənir. “ASAN xidmət”in başqa bir forması da tətbiq edilir ki, bu da səyyar xidmətlərin göstərilməsidir. Çünki digər ölkələrin təcrübəsində demək olar ki, belə bir hala təsadüf olunmur. Qısa bir müddət ərzində bir milyona yaxın əhaliyə xidmət göstərmək və hər hansı bir problemin olmaması göstərir ki, bu xidmət yüksək səviyyədə işləyir. Bu proses davamlı xarakterlidir. Bu, eyni zamanda ölkədə aparılan islahatların davamlı xarakter almasıdır. Əsas məsələ vətəndaşa xidmətin keyfiyyətinin artırılmasıdır”.
Xatırladaq ki, “Konstitusiya” Araşdırmalar Fondu beynəlxalq təcrübənin öyrənilməsi əsasında bir neçə il əvvəl ən yaxşı nümunələrin Azərbaycanda tətbiqi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin müasir standartlara uyğun qurulması məqsədilə təkliflər paketini dövlətə təqdim etmişdi. Bütün bunları fond “Dövlət orqanları tərəfindən əhaliyə göstərilən pullu xidmətlərin idarəetmə, şəffaflıq və keyfiyyətinin artırılması” layihəsi çərçivəsində etmişdi. “ASAN xidmət” mərkəzlərinin bugünkü fəaliyyətində “Konstitusiya” Araşdırmalar Fondunun da bir çox təklifləri nəzərə alınıb. Ə.Nuriyev hökumətin onların təkliflərini qəbul etməsindən məmnunluğunu ifadə etdi: “Sevinirik ki, bu işlərdə bizim də töhfəmiz nəzərə alınıb. Yeri gəlmişkən, biz bu proseslərdə mütəmadi olaraq məsləhətləşmələr aparırıq. Artıq neçə illərdir ki, əməkdaşlıq münasibətlərimiz yaranıb. Faktiki olaraq nəyi nəzərdə tuturduqsa, onların əksəriyyətini bu xidmətlərlə bağlı verilən fərmanlarda gördük. Hesab edirəm ki, hökumət yeni idarəetmə modelinin yaradılması istiqamətində mühüm addım atıb. Bu, hökumətin klassik bürokratiyadan imtina olunmasını ortaya qoyması deməkdir”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Neftin qiyməti bahalaşmaqda davam edir
19.11.2018
Bu il sənaye məhsullarının iyirmi iki faizi emal sektorunda istehsal edilib
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info