Azərbaycan Dağ Yəhudiləri Dini İcması Holokost qurbanlarını yad edib
Tarix: 27.01.2014 | Saat: 14:43:00 | E-mail | Çapa göndər


Azəbaycan Dağ Yəhudiləri Dini İcması Holokost qurbanlarının anım günü ilə bağlı tədbir keçirib. Azəbaycan Dağ Yəhudiləri Dini İcması Mətbuat Xidmətinin katibi Murad Salmanovun “Palitra”ya verdiyi məlumata görə, anım günü tədbiri soyqırımı qurbanlarının xatirəsi üçün bir dəqiqəlik sükutla başlayıb. Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev Holokost haqqında danışaraq, qeyd edib ki, Holokost təkcə yəhudi xalqına qarşı deyil, bütün insanlığa qarşı törədilmiş soyqırımıdır: “Soyqırımı zamanı günahsız 6 milyon yəhudi amansızcasına qətl edilib. Bu soyqırımı dünya tarixində qara bir ləkə olaraq qalacaq” O həmçinin bildirib ki, min illərdir yəhudilər Azərbaycanda yaşayır və bu vaxt ərzində heç bir zaman yəhudilərə qarşı antisemitizm olmayıb: “Bu Azərbaycan xalqının necə tolerant xalq olmasının nümunəsidir. Bu gün müstəqil Azərbaycan dövləti həm öz inkişafı ilə, həm də yüksək tolerantlığı ilə dünyanın diqqət mərkəzindədir.” Tədbirin sonunda soyqırımı qurbanlarının əziz xatirəsi üçün dualar oxunub, ehsan süfrəsi açılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib
20.11.2018
Auditorlar Palatası Gömrük Komitəsi ilə əməkdaşlığa dair sənəd imzalayacaq
20.11.2018
Qarakənd səmasında baş vermiş faciədən 27 il keçir
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info