Osman Mayatəpək: “Erməni soyqırımı” nağıldır”
Tarix: 27.01.2014 | Saat: 19:59:00 | E-mail | Çapa göndər


Ənvər Paşanın nəvəsi Osman Mayatəpək 1915-ci il hadisələrinə münasibət bildirib: “Osmanlı dövləti yüz illər bərabər yaşadığı bir cəmiyyətə birdən-birə “işimiz-gücümüz qalmadı, bir də ermənilərə soyqırımı törətsəkmi” deyiblər? Bunun izahı yoxdur. Bu, tamamilə bir nağıldır”. Osman Mayatəpək 1915-ci il erməni hadisələrini anlamaq üçün diqqətli olmağın vacib olduğunu deyir: “Bu hadisələri erməni-osmanlı məsələsinə çevirmək yanlışdır. Osmanlılar və erməni vətəndaşları daha böyük bir oyunun parçaları idilər. Rusiya və İngiltərə xristian azlıqları qorumaq adı altında erməniləri qızışdırmağa başladılar. “Sizə də azad bir məmləkət verəcəyik” dedilər. Ermənilər də bunlara aldandılar və beləliklə, Osmanlıya qarşı silahlı hücuma başladılar. İki tərəfdə də faciəli hadisələr yaşandı. Təəssüf ki, bəzi yerlərdə bunu “soyqırımı” adlandırırlar. Bu tamamilə yanlışdır”. Osmanlının ermənilərə muxtariyyət təklif etdiyini, lakin ermənilərin bu təklifi geri çevirdiyini söyləyən O.Mayatəpək deyir ki, 200 min nəfərlik erməni ordusu türk ordusuna qarşı ruslarla birlikdə vuruşub. Bunun faciəli tərəfi isə ingilislərin və rusların onları aldatması olub: “Bu vəziyyətdə türk hərbi rəhbərliyi təhlükəli gördüyü bölgələrdəki ermənilərin oradan çıxarılmasını istədi. Tələt Paşa da bunun tətbiqi ilə razılaşdı. Zamanın şərtləri altında ölənlər oldu. Ancaq bunu bir cəmiyyəti yox etmək məqsədilə deyil, tamamilə hərbi, strateji səbəblərdən ötrü edildiyinə heç bir şübhə yoxdur. Təsəvvür edin ki, bir erməni dəstəsi gəlir, polis bölməsinə hücum edir, 50 əsgəri öldürür, telefon xətlərini kəsir. Belə vəziyyətdə tədbir görməyə məcbursan. Bu baxımdan baş verənlət heç bir şəkildə “soyqırımı” deyil”. “Soyqırımı” iddiaları ilə bağlı O.Mayatəpək deyir ki, burada məqsəd çox açıqdır: “Məqsəd puldur. Diasporun bəzi nümayəndələri rifah içində Parisdə, Los-Ancelsdə yaşayır. Ermənistanda çox kiçik bir kütlə bu “soyqırımı” və düşmənçiliyi inkişaf etdirib, mükəmməl bir şəkildə yaşayır. Soyqırımı nağılı ilə bütün bu zavallıları yuxuya verib çox kiçik bir azlığın rifah halında yaşaması təmin edilir.“Erməni soyqırımı” deyə bir şey yoxdur. “Erməni seçimi” deyə bir şey var”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryanın “yeni kəşfi”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info