AŞPA-nın yeni sədri seçilib
Tarix: 27.01.2014 | Saat: 21:46:00 | E-mail | Çapa göndər


Avropa Şurası Parlament Assambleyasında qurumun sədri vəzifəsinə seçki keçirilib. Lüksemburqlu xanım An Brassör lehinə 165, əleyhinə 125 səs olmaqla AŞPA-nın yeni sədri seçilib. A. Brassör seçkidə müstəqil namizəd kimi iştirak etmiş Avropa Demokrat Qrupunun sabiq lideri, britaniyalı Robert Valteri məğlub edərək daha çox səs toplaya bilib.
Qeyd edək ki, 64 yaşlı xanım An Brassör AŞPA-da Avropa naminə Demokrat və Liberallar Alyansı qrupunun sədri idi və bu vəzifəyə onun namizədliyi öz qrup üzvləri tərəfindən 2013-cü ilin oktyabr ayında irəli sürülmüşdü. AŞPA sədri vəzifəsinə namizədlər qurumdakı siyasi fraksiyalar tərəfindən irəli sürülür və siyasi qruplar arasında razılaşdırılmış rotasiya prinsipinə dair “centlmen sövdələşməsi”nə əsasən bu dəfə növbə An Brassörün rəhbərlik etdiyi Avropa naminə Demokrat və Liberallar Alyansı qrupunun idi. Xanım An Brassör Lüksemburq parlamentinin üzvüdür və öz ölkəsində Demokrat Partiyasını təmsil edir. O, Lüksemburq nümayəndə heyətinin tərkibində 2009-cu ildən AŞPA-da fəaliyyət göstərir. An Brassör bu vəzifədə, mandatı 2015-ci ildə bir dəfə yenilənməklə, 2016-cı ilin yanvar ayına qədər fəaliyyət göstərəcək.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info