“Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” kütləvi tirajla çap olunacaq
Tarix: 27.01.2014 | Saat: 22:08:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında akademiyanın A.A.Bakıxanov adına Tarix İnstitutunun təşkilatçılığı ilə Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr edilmiş elmi sessiya keçirilib. Tədbiri giriş sözü ilə institutun direktoru, Milli Məclisin deputatı, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov açaraq Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında Prezidentin sərəncamını xatırladıb, görkəmli ictimai-siyasi xadimin həyatı, ədəbi, siyasi fəaliyyəti haqqında söhbət açıb.
Bildirilib ki, Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, böyük mütəfəkkiri, siyasətçi və publisisti, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) (1918-1920) banilərindən biri olub.
Y.Mahmudov AXC-nin tarixinə nəzər salmış, M.Ə.Rəsulzadənin xalqımız qarşısındakı xidmətlərindən danışıb. Nəzərə çatdırılıb ki, çoxəsrlik dövlətçilik tariximizdə AXC-nin müstəsna yeri və rolu var. M.Ə.Rəsulzadə başda olmaqla Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Məmməd Yusif Cəfərov, Xəlil bəy Xasməmmədov kimi bizim o zamankı milli mücahidlərimiz Azərbaycan Xalq Cümhuriyyətini elan etməklə dövlətçilik tariximizin ən şanlı səhifələrindən birini yazıblar. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövründə mühüm tədbirlər həyata keçirilib. Milli istiqlalçılarımızın səyləri nəticəsində yeni dövlətçilik ənənələrimiz dirçəlməyə başlayıb, türk islam dünyasında ilk demokratik parlament formalaşıb, insanların demokratik hüquq və azadlıqları bərqərar olunub, Şərqdə ilk dəfə olaraq qadınlara kişilərlə bərabər seçki hüququ verilib. 1918-ci il mayın 28-də Tbilisidə - keçmiş Qafqaz canişininin iqamətgahında Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının iclası keçirilib və uzun müzakirədən sonra Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlaliyyət Bəyannaməsi qəbul edilib.
Vurğulanıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin tarixində M.Ə.Rəsulzadənin xüsusi xidmətləri olub, görkəmli ictimai-siyasi xadim ömrünün sonunadək öz məsləkinə, məqsədinə, ideologiyasına sadiq qalaraq ədəbi, siyasi-publisistik fəaliyyətini İran, Türkiyə, Almaniya və Avropanın digər ölkələrində davam etdirib.
Y.Mahmudov M.Ə.Rəsulzadəni dövlətçilik ənənələrinə sadiq ideoloq, məfkurəçi, ictimai-siyasi xadim, publisist kimi xarakterizə edib, onun “Bir kərə yüksələn bayraq bir daha enməz!” şüarını xatırladıb. Diqqətə çatdırılıb ki, ümummilli liderimiz Heydər Əliyevin tapşırığına əsasən ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” hazırlanıb və onun təkmilləşdirilməsi istiqamətində mühüm işlər gedir. Yaxın vaxtlarda ensiklopediya yeni kütləvi tirajla çap olunacaq.
Qeyd edilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin daha dərindən öyrənilməsi üçün AMEA-nın Tarix institutunda şöbə yaradılıb, bu istiqamətdə Dehli, Paris, Moskva, Sankt-Peterburq, London, İstanbul və Ankaradan çoxlu sənədlər gətirilib.
Sessiyada Məhəmməd Əmin Rəsulzadənin siyasi fəaliyyəti ilə bağlı “XX əsrin əvvəllərində M.Ə.Rəsulzadənin siyasi baxışlarının formalaşması”, “M.Ə.Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri kimi”, “M.Ə.Rəsulzadənin parlament fəaliyyəti” və s. mövzularda məruzələr dinlənilib.
Günəş




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info