ABŞ-da terror aktı hazırlanırmış?
Tarix: 27.01.2014 | Saat: 22:45:00 | E-mail | Çapa göndər


Amerikada rus əsilli Vladislav Miftaxov həbs edilib. Onda kustar üsulla hazırlanmış iki partlayıcı bomba aşkar edilib. “Altoona Mirror” nəşrinin verdiyi məlumata görə, onun barəsində cinayət işi açılıb.
Vladislav Miftaxovun sözlərinə görə, o, partlayıcı maddəni açıq sahədə təcrübədən keçirmək istəyirmiş. O, etiraf edib ki, hələ Kaliforniyada yaşadığı zaman belə bir sınaq həyata keçirib. Keçən həftənin cümə günü kütləvi qırğın və narkotik maddə saxlama ittihamı ilə həbs ediliən Vladislav Miftaxova məhkəmə 500 min dollar girov təyin edib. Növbəti məhkəmə iclası fevralın 5-də keçiriləcək.
Axtarış zamanı onun Pensilvaniya ştatının Altuna şəhərində yerləşən evindən maqnezium tozu və kalium preparatı aşkar edilib. Bununla yanaşı evdə aşkarlanan iki piltəli partlayıcı istehkamçılar tərəfindən zərərsizləşdirilib. Sorğu zamanı Miftaxov partlayıcı cihazlar üçün bütün zəruri komponentləri internet vasitəsi ilə satın aldığını söyləyib. İstintaq zamanı polis əməkdaşları maraqlı faktla da qarşılaşıblar. Belə ki, onlar Miftaxovun yaşadığı evdən heyvandarlıq üçün nəzərdə tutulmuş işıqlar vasitəsilə yetişdirilmiş beş ştil kolu götürüblər.
Qeyd edək ki, Miftaxov Pensilvaniya ştatının Altuna şəhərindəki universitetdə təhsil alırdı.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info