Siyasi buqələmunluq və dönüklük “nümunə”si Eldar Namazov “rusiyameyilli”
Tarix: 27.01.2014 | Saat: 22:51:00 | E-mail | Çapa göndər


kimi uğursuzluqdan sonra indi də “qərbpərəst” donuna girməklə
özünü gülüş obyektinə çevirir


Müxalifət düşərgəsində heç bir ideoloji prinsipli fəaliyyət olmadığı, müxalif başçıların yalnız öz şəxsi istək və fərdi instinktləri ilə hərəkət etdikləri dəfələrlə sübut edilib. Siyasi fəaliyyət və müxalifətçilik bu cür müxalif başçıların pul qazanmaq üçün cilddən-cildə girdiyi bir sənətə çevrilib. Ələlxüsus, bəzi müxalif başçılar bu cür qəbuledilməz yollarla pul qaznmağa çmalışmaqla, hər cür xəyanətə, bütün dəyərləri tapdalamağa “amadə” vəziyyətdədirlər. Bu cür siyasi dönüklərin “lideri” isə məhz bu cür xarakteri üzündən heç bir siyasi birlikdə və mövqedə qərar tuta bilməyən “El” adlı təşkilatın başçısı Eldar Namazovdur.
Belə ki, bir neçə gün əvvəl bir “Milli Şura” adlanan quruma daxil olan bir qrup partiya və təşkilat başçıları ABŞ səfiri Riçard Morninqstarın qəbuluna giriblər. Qəbulda “Milli Şura”da yaranmış böhran, qarşıdurmanın kəskinləşməsi və vəziyyətdən çıxış yolları müzakirə olunub. R.Morninqstar qəbul və müzakirə olunan məsələlər barədə məxfiliyin qorunmasını xahiş edib. O, müxalifət başçılarını bir-bir dinləyib və qaldırılan məsələlərə öz münasibətini bildirib. Morninqstar başqa ölkələri nümunə göstərməklə “Milli Şura” başçılarına fəal şəkildə siyasi proseslərə qoşulmalarını tövsiyə edib. Amma burada belə, Namazov digər müxalif başçılara badalaq gəlməyə, görüşdən sırf fərdi instinktindən irəli gələn niyyətləri üçün yararlanmağa çalışıb. O, müxalifətin dərdlərini bir kənara ataraq, ancaq öz təşkilatını gözə soxmağa cəhd edib və ABŞ səfiri ilə söhbətində yalnız quruca adı qalan “El”dən dəm vurub. Namazov Azərbaycanda gələcək siyasi mübarizədə “El”in “müstəsna rol oynayacağı”na səfiri əmin etməyə çalışıb, bununla isə digər müxalif başçıların gücsüz və vecsiz olduqlarını da dolayı olaraq qabartmağa cəhd edib. Halbuki məhz bu cür davranışların müxalifətdə əsas intriqa mənbəyi olduğu kimsəyə sirr deyil. Hər yerdə fərdi mənafeyi uğrunda hər kəsə siyasi dönük çıxan Namazovun burada da əsas siyasi “virus” rolunu oynadığı bir daha anlaşılmış olur. Bu adam uzun müddət hakimiyyətdə yüksək vəzifələrdən birini tutub, sonra isə müxalifətə pənah aparıb, indi də oranı qarışdırmaqla məşğuldur. Bu adam təkcə iqtidarda deyil, həm müxalifətdə, həm də xarici dairələrdə bu baxımdan həm qeyri-ciddi, həm də reneqat, etibarsız şəxs kimi tanınır. Ona görə də bu adamın qeyd edilən addımları yalnız özünün bir az da ifşa olunmasına və müxalifətdə daha çox intriqalar yaranmasına səbəb ola bilər. O, xalqın gözündə “demokratiya carçısı” obrazı yaratmağa, müxalifətlə müxalifətçi olmağa cəhdlər edir. Bundan başqa Qərb qurumlarının yanında özünü qərbpərəst, rusların yanında rusiyameyilli, iranlıların yanında isə “islamçı” kimi davranmağa çalışır. O, qarşısına çıxdığı az-çox əhəmiyyətli hər bir kəsi əmin etməyə çalışır ki, guya artıq “hakimiyyət son günlərini yaşayır”, hazırkı müxalifət də xalqın gözündə özünü ifşa edib. Buna görə də xalq onları qəbul etmir. Ona görə də guya bir dənə qalır Namazova inanmaq. Görün, nə qədər qeyri-ciddi səslənir, eləmi? Çünki bu adam kiminlə bir yerdə fəaliyyət göstəribsə, özünün məlum yarıtmaz xarakterinə və fəaliyyətinə görə özünü dərhal ifşa etməli olub və müxalifətdə hamıdan daha çox etibarsızlar içərisində birincilərdəndir. Belə olduğu halda, bu adamın arxasınca kim gedə bilər?!

İndi də postseçki dövründə bütün bu oyunlardan və biabırçılıqlardan sonra Namazov cildini dəyişərək “qərbyönümlü” donuna girib. Bu, bir daha bu şəxsin nə dərəcədə qərarsız, gülünc və etibarsız olduğunu hər kəsə açıb göstərmiş
olur


Əslində Namazovun özünü bu cür uğursuz bir şəkildə qələmə verməsi və ictimaiyyət tərəfindən tam boykota məruz qalması birinci dəfə deyil. Bu adam hələ 2003-cü il prezident seçkiləri ərəfəsində beynəlxalq təşkilat nümayəndəsi ilə restoranda görüşəndə “ciddi fiqur” kimi iqtidarda “böyük dayaqlarının olduğunu”, müxalifətin böyük hissəsinin onu dəstəklədiyini deyib və kömək istəmişdi. Xarici qonaq isə bu məsələ barədə rəhbərliyinə məlumat verəcəyini deməklə canını ondan qurtararaq aradan çıxmışdı. 2005-ci ilin seçkilərində isə Namazov “Yeni Siyasət”(YES) bloku yaradaraq artıq müxalifət nümayəndəsi kimi xaricilərlə görüşür, müxalifətçi kimi düşərgədə mövqe qazanmağa cəhdlər edirdi. Görüşlərdə o, “YES” blokunun adından danışaraq təmsil olunduğu qurumu ən güclü müxalifət bloku kimi qələmə verdi. Hamını əmin etməyə çalışırdı ki, guya başqa müxalifət başçılarından fərqli olaraq onun “hakimiyyətin içində də ciddi dayaqları var”. Buna görə də xaricilər ona “yatırım” etməlidirlər. Halbuki bu reneqatın bütün siyasi cəhdləri bu baxımdan tam iflasa uğradı. Bütün bu həngamələrindən sonra reneqat 2013-cü il prezident seçkilərində “Rusiyanın adamı” kimi ortaya çıxdı. O, “El” adlı bir təşkilat təsis etdi, Rüstəm İbrahimbəyovla birlikdə müxalifətdə təşəbbüsü ələ aldı, “Milli Şura”da söz sahibinə çevrildi, Müsavat və AXCP sədrlərini sıxışdırmağa, onları “Rusiya adamı” və guya “pul mənbəyi” etiketindən yararlanmağa çalışmaqla, ram etməyə çalışdı. Halbuki, bu seçki də Milli Şura və təbii ki, Namazovun tam məğlubiyyəti ilə bitdi, Milli Şura dağıldı, İbrahimbəyov oyundan çıxdı. Müxalifət başçılarının çoxu da Namazovla bir arada olmaqdan vəbadan qaçan kimi qaçdılar. İndi də postseçki dövründə bütün bu oyunlardan və biabırçılıqlardan sonra Namazov cildini dəyişərək “qərbyönümlü” donuna girib. Bu, bir daha bu şəxsin nə dərəcədə qərarsız, gülünc və etibarsız olduğunu hər kəsə açıb göstərmiş olur.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info