BOK rəhbəri: “Olimpiadanı siyasətə qatmayın”
Tarix: 27.01.2014 | Saat: 23:06:00 | E-mail | Çapa göndər


Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Soçidə keçiriləcək Olimpiya Oyunlarına getməkdən imtina etmiş siyasətçiləri, o cümlədən Almaniya prezidenti Yoahim Hauku kəskin tənqid edib.
“Frankfurter Allgemeine Zeitung” qəzeti Tomas Baxın aşağıdakı sözlərini sitat gətirib: “Mənim fikrimcə, əgər siyasətçilərin əlində siyasi məlumatlar varsa, onlar bu məlumatı çatdırmaq üçün idmançılardan istifadə etmək əvəzinə özlərində cəsarət tapıb bunu başqa siyasətçilərlə birbaşa dialoqda söyləməlidirlər. Olimpiya oyunları idmançılar və idman üçündür. Siyasətçilər atletləri dəstəkləməlidirlər. Biz səhvə yol verməməli və ölkə haqqında siyasi fikri Olimpiya Oyunlarına münasibətə çevirməməliyik. Soçidə problem çox idi, lakin nəzərə almaq lazımdır ki, BOK Olimpiadaya aidiyyəti olan problemlər üzərində işləyib. Mən faktlara əsaslanan diskussiyaya çağırıram”. Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, xarici dövlətlərin 60-a yaxın nümayəndəsi, o cümlədən xeyli sayda birinci şəxs Soçidə Qış Olimpiadasının açılış mərasiminə gəlmək niyyətindədir.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info