“Gənclərin icra hakimiyyəti modeli” layihəsinə yekun vurulub
Tarix: 27.01.2014 | Saat: 23:46:00 | E-mail | Çapa göndər


Şəkidə Prezident yanında Gənclər Fondunun III qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “Gənclərin icra hakimiyyəti modeli” pilot layihəsinə yekun vurulub. Lyihənin başa çatması münasibətilə “Uluçay” Sosial İnnovasiya Mərkəzinin akt zalında mərasim keçirilib. Tədbirdə layihənin iştirakçıları, həmçinin ekspertlər və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər. Əvvəlcə layihə çərçivəsində yaradılan Gənclərin İdarəetmə Şurasının hesabatı dinlənilib.
Məlumat verilib ki, icrasına ötən ilin oktyabrında başlanan pilot layihə region gənclərinin fəallığını artırmaq, onların ideya və təkliflərini öyrənmək, gənclərin dövlət qulluğu və yerli idarəetmədə iştirakına, paytaxta axınının qarşısının alınmasına kömək etmək, gənc kadrların dövlət qulluğuna hazırlanması işinə töhfə vermək məqsədi daşıyıb. Tərkibinə 30 fəal gəncin daxil olduğu şuranın üzvləri tərəfindən müxtəlif istiqamətlərdə təkliflər paketi hazırlanaraq Şəhər İcra Hakimiyyətinə, Gənclər və İdman İdarəsinə təqdim olunub. Bu təkliflər əsasən gənclərin maraq dairəsində olan müxtəlif problemləri və sahələri əhatə edib. Tədbirin sonunda layihə iştirakçılarına sertifikatlar verilib. Gənclərin istəyinə əsasən layihənin gələcəkdə də davam etdirilməsi qərara alınıb.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info