Tələbələr arasında keçirilən olimpiadaların qalibləri mükafatlandırılıblar
Tarix: 28.01.2014 | Saat: 17:40:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatı dəstəyi ilə tələbələr arasında keçirilən “Tibbi biliklər”, “İqtisadi biliklər”, “Tarix”, “Psixologiya” mövzularında olimpiadaların bağlanış mərasimi keçirilib.
ATGTİ-nin mətbuat xidmətindən bildiriblər ki, tələbələr arasında ilk dəfə keçirilən bu genişmiqyaslı olimpiadalarda 4000-ə yaxın tələbə iştirak edib. Birinci iqtisadi biliklər Olimpiadası Azərbaycan Dövlət İqtisad Universitetinin tələbə gənclər təşkilatı, tələbələrarası birinci tarix Olimpiadası Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbə gənclər təşkilatı, tələbələrarası birinci psixologiya Olimpiadası Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbə gənclər təşkilatı, tələbələrarası birinci tibbi biliklər Olimpiadası Azərbaycan Tibb Universitetinin tələbə gənclər təşkilatının təşəbbüsü ilə reallaşıb.
ATGTİ-nin sədri Şahin İsmayılov layihələr haqqında tədbir iştirakçılarına geniş məlumat verib.
Sonra gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış edərək olimpiadaların mövzularının əhəmiyyətli olduğunu bildirərək gənclərimizin uğur qazanmasında bunları dərindən bilməyin vacibliyini qeyd edib.
Sonda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu aparatının rəhbəri Faiq Qürbətov çıxış etmiş və quruma təqdim olunan layihələr arasında ATGTİ tərəfindən təqdim olunanların təkcə kəmiyyət deyil, həmçinin də keyfiyyət baxımından da digər layihələrdən fərqləndiyini bildirib.
Olimpiadalarda ilk üç yerin qalibləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Tələbələrarası birinci tibbi biliklər Olimpiadasının qaliblərinə isə “Aida” klinikasından xüsusi hədiyyələr təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
FHN-in Akademiyasında Nəsiminin yubileyi qeyd edilib
23.05.2019
“Son iclas” filmi Pirallahı gəncləri tərəfindən böyük maraqla qarşılandı
23.05.2019
Heydər Əliyev Fondu rayonlarda iftar süfrələri təşkil edir
23.05.2019
Şuranın dəstəyilə 178 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib
23.05.2019
“Füyuzat Mərkəzi”nin açılış mərasimi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10785

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info