Neft Fondunun aktivləri 5 faizdən çox artıb
Tarix: 28.01.2014 | Saat: 19:21:00 | E-mail | Çapa göndər


2013-cü il ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 13 600,5 milyon manat, büdcə xərcləri isə 12 302,7 milyon manat təşkil edib.
Fonddan verilən məlumata görə, 2013-cü il ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 13 119,9 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 13 108,0 milyon manat, akrhesabı ödənişlər 1,8 milyon manat, tranzit gəlirləri 8,1 milyon manat, bonus ödənişləri 1,9 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,1 milyon manat təşkil edib.
Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirləri 480,6 milyon manata bərabər olub.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar gəliri 43,0 milyon manat təşkil edib.
Hesabat dövrü ərzində Neft Fondunun 2013-cü il büdcəsinin icrası çərçivəsində 11 350,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 300,0 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 173,9 milyon manat vəsait ayrılıb.
"Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə Neft Fondundan 25,7 milyon manat vəsait ayrılıb. 33,0 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib.
"Star" neft emalı kompleksinin tikintisinə 372,6 milyon manat vəsait yönəldilib. 2013-cü il ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 47,5 milyon manat təşkil edib.
2014-cü il yanvarın 1-ə Fondun aktivləri 2013-cü ilin əvvəlinə (34 129,4 milyon ABŞ dolları) nisbətən 5,1% artaraq 35 877,5 milyon ABŞ dollarına bərabər olub.
2012-ci ildən etibarən Neft Fondu qızılın alınmasına başlayıb və 1 yanvar 2014-cü il tarixinə Fond tərəfindən alınmış qızılın miqdarı 30 175 kq (970 146 troya unsiyası) təşkil edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Azeri Light”ın bir barrelinin qiyməti 72 dolları keçib
13.11.2018
Oktyabrda bəzi ərzaq məhsullarının qiymətlərində bahalaşma qeydə alınıb
12.11.2018
Azərbaycan dünyanın 25-ə yaxın ölkəsinə fındıq məhsulu ixrac edir
12.11.2018
AQTA-da meyvə-tərəvəz istehsalı və ixracatı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
12.11.2018
Azərbaycan Şəkər İstehsalat Birliyindən iqtisadiyyata daha bir töhfə

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info