Dadaş Rzayev Veteranlar Şurasının sədri seçilib
Tarix: 28.01.2014 | Saat: 19:35:00 | E-mail | Çapa göndər


Yanvarın 28-də Respublika Veteranlar Şurasının II plenumu keçirilib.
Tədbirdə əvvəlcə təşkilati məsələlərə baxılmışdır. General-mayor Dadaş Rzayev yekdilliklə Veteranlar Şurasının sədri seçilib.
Çıxış edən D.Rzayev torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğunu nəzərə alaraq gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə diqqətin daha da artırılmasının önəmini vurğulayıb.
Sonra Veteranlar Şurasının hərbi vətənpərvərlik komissiyasının sədri Cəlil Xəlilovun Şura sədrinin hərbi vətənpərvərlik məsələləri üzrə müavini vəzifəsinə namizədliyi səsə qoyulmuş və yekdilliklə qəbul edilmişdir. Bundan başqa, Şuranın Rəyasət Heyətinin vakant yerlərinə 11 yeni üzv seçilib.
Daha sonra Veteranlar Şurası sədrinin birinci müavini Surxay Tağızadə qurumun V qurultayından sonra görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, V qurultaydan ötən dövrdə Veteranlar Şurasının Rəyasət Heyətinin səkkiz iclası keçirilib, bu iclaslarda müxtəlif məsələlər müzakirə olunub. Bundan başqa, Veteranlar Şurasının aparatında bir sıra struktur dəyişiklikləri edilib, müharibə və silahlı qüvvələr veteranları, eləcə də təşkilat və analitik informasiya bölmələri yaradılıb. Eyni zamanda, Veteranlar Şurasının yeganə emblemi - “Veteranların qayğıkeşi” diplomu təsis edilib.
S.Tağızadə V qurultayda Veteranlar Şurasının qarşısına qoyulan vəzifələrin də layiqincə yerinə yetirildiyini vurğulayıb.
Digər çıxış edənlər ölkəmizdə veteranlara və onların ailələrinə göstərilən dövlət qayğısından danışıblar. Veteranların bundan sonra da gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsində fəal iştirak edəcəkləri vurğulanyıb.
Sonda ölkənin ictimai-siyasi həyatında göstərdikləri fəallığa görə Veteranlar Şurasının bir neçə üzvünə diplomlar təqdim edilib.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info