“Azərbaycan bütün Avropanın qürur duyacağı yüksək keyfiyyətli idman tədbiri təşkil edəcək”
Tarix: 28.01.2014 | Saat: 21:03:00 | E-mail | Çapa göndər


Bu həftədən başlayaraq Təşkilat Komitəsi Avropa Oyunlarında iştirak edəcək Avropanın 49 Milli Olimpiya Komitəsinə idman növlərinin təsnifatı haqqında məlumat göndərcək
Avropa Oyunlarının proqramında yeddi idman növündən az olmamaq şərtilə 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün təsnifat xarakterli yarışlar olacaq.
Azərbaycanın paytaxtı Bakıda keçiriləcək birinci Avropa Oyunlarının açılış mərasiminə 500 gün qalır. Hazırlıq işləri bütün Avropa xalqlarını birləşdirəcək əzəmətli idman festivalı keçirməyə hədəflənib. Bu həftədən başlayaraq “Bakı-2015” Təşkilat Komitəsi Avropa Oyunlarında iştirak edəcək Avropanın 49 Milli Olimpiya Komitəsinə idman növlərinin təsnifatı haqqında məlumat göndərməyə başlayacaq. Avropa Oyunlarının proqramında yeddi idman növündən az olmamaq şərtilə 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün təsnifat xarakterli yarışlar olacaq. Bunlar velosiped idman növü, güllə atıcılığı, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon və çimərlik voleyboludur. Habelə “Bakı-2015”-in proqramına digər idman növləri üzrə Olimpiya kvalifikasiyası əlavə edilə bilər. İlk Avropa Oyunlarının proqramında hazırda 18 idman növü var və yarışlarda 5 min 400-dən artıq idmançının iştirakı gözlənilir. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvü və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki qeyd edib ki, Bakı gələn il keçiriləcək Avropa Oyunları çərçivəsində yüksək səviyyəli idman yarışının təşkili üçün çox əlverişli şəraitə malikdir. Patrik Hikki bildirib ki, Avropa Oyunlarına hazırlıq mərhələsinin 500 gününə daxil olan Bakıya uğurlar arzulayıram: “Azərbaycan bütün Avropanın qürur duyacağı yüksək keyfiyyətli idman tədbiri təşkil edəcək. Biz bu mühüm hədəfə nail olmaq və əzəmətli idman tədbirinin hazırlıq işlərində irəliləyiş əldə etmək məqsədilə “Bakı-2015”-ə cəlb edilən hər kəsi təbrik edirik”.
Gənclər və idman naziri, “Bakı-2015” Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov vurğulayıb ki, hər ötən gün Bakıda keçiriləcək ilk Avropa Oyunlarının daha diqqətlə təşkili məsuliyyətini və şərəfini artırır. Oyunlar üçün yaradılan yeni infrastruktur şəhərin görünüşünü tamamilə dəyişəcək. Azad Rəhimov qeyd edib ki, Avropa Oyunları üçün böyük həcmli tikinti layihələri bizim gənclərimizə onlardan onilliklər boyu faydalanmağa imkan verəcək. Beynəlxalq standartlara cavab verən arenaların açılması daha çox gənci idmanla məşğul olmağa həvəsləndirəcək və Avropada yeni idman məkanının meydana çıxmasını təmin edəcək: “Bu, Azərbaycanın Avropada idman, biznes, turizm və mədəniyyət istiqamətlərində dinamik məkana çevrilməsinə yardımçı olacaq”.
“Bakı-2015” Əməliyyat Komitəsinin baş əməliyyat rəhbəri Cim Şer deyib: “Bu günədək müsbət irəliləyiş əldə edilib. İnkişaf davam etməkdədir, bizim heyətlər arasında əsassız özünə güvənmə hallarına yol verilməyəcək. Növbəti 500 gün ərzində Avropa Olimpiya Komitəsi, Azərbaycan xalqı və Avropa idmançıları qarşısında öhdəliklərimizin yerinə yetirilməsi üçün hələ görüləcək çox iş var. Lakin biz bu günədək əldə etdiyimiz irəliləyişdən məmnunuq”.




 
Bölməyə aid digər xəbərlər
19.07.2019
“F-35 proqramından çıxarılmamız NATO-ya mənfi təsir göstərəcək”
18.07.2019
Vüsal Hüseynov: “Son 5 ildə 1211 nəfər Avropa ölkələrindən Azərbaycana readmissiya edilib“
18.07.2019
NATO-da Türkiyənin alyansdan çıxarılması fikri səsləndirilməyib
18.07.2019
Bolton: ABŞ Özbəkistandakı islahatları alqışlayır
18.07.2019
Gürcülər üçün viza rejiminin ləğvi hələ də qüvvədədir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10831

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
4 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
5 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info