Braziliyada Snoudenə sığınacaq üçün imza toplanır
Tarix: 28.01.2014 | Saat: 22:30:00 | E-mail | Çapa göndər


Braziliyada Edvard Snoudenə sığınacaq vermək təşəbbüsü ilə imzatoplama aksiyası keçirilir. Artıq bir milyondan artıq ölkə vətəndaşı internet vasitəsilə bu aksiyaya dəstək verib. Onlar bu məqsədlə ölkə prezidenti Dilma Rousseffə müraciət etməyi planlaşdırırlar.
“İnternet azadlığı üçün qlobal mübarizədə və şəxsi məlumatların qorunmasında Braziliya Snouden üçün mükəmməl yerdir”. Belə düşünən təşəbbüs iştirakçıları prezidentlə yanaşı ədliyyə naziri Joze Kardozuya da müraciət ünvanlayacaqlarını bəyan ediblər. Bir müddət əvvəl Snoudenin Braziliya dövlətinə açıq məktubla müraciət etdiyini bildirən KİV-lər siyasi sığınacaq qarşılığında onun amerikalılar tərəfindən nəzarətə götürülmüş istintaqına yardım etməsini ölkə rəhbərliyindən xahiş edib. Bundan dərhal sonra, Braziliyanın Sao Paulo şəhəri sakinləri Snoudeni sığınacaqla təmin etmək tələbi ilə küçələrə çıxıb. Üzlərinə Amerikanın təsvirləri həkk olunmuş maskalar geyinən şəhər əhalisi, həmin ərəfədə şəhər meydanlarının birində keçirilən və rezidentlə yanaşı ədliyyə nazirinin də qatıldığı meydana yürüş ediblər.
Qeyd edək ki, keçmiş MKİ əməkdaşı ötən ilin yayında ABŞ kəşfiyyat orqanları tərəfindən həyata keçirilən elektron nəzarət haqqında dünyaya açıqlama verdikdən sonra oun 10 il həbslə təhdid edirlər. Daha sonra o bəyan etmişdi ki, ABŞ müttəfiqləri olan Avropa ölkələri liderlərinin də danışıqlarını dinləyir.
Ötən ilin avqustunda “ABŞ-Rusiya münasibətlərinə zərər gətirəcək hər hansı bir fəaliyyəti dayandırmaq” şərti ilə Rusiya tərəfindən Snoudenə sığınacaq verilib. Bir müddət bundan əvvəl Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr komitəsinin sədri Aleksey Puşkov Snoudenin “müvəqqəti sığınacaq” müddətinin uzadılacağını bəyan etsə də, Amerika tərəfi onun bəzi şərtlər altında öz ölkəsinə qayıda biləcəyini istisna etməyiblər.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi
14.11.2018
Türkmənistan qazı TAPI boru kəməri ilə iki il ərzində Pakistana çatdırılacaq
14.11.2018
İraqın şimalında 19 terrorçu zərərsizləşdirilib
14.11.2018
Jan-Klod Yunkerin xələfi olmağa ən şanslı namizəd kimdir?

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info