Ali məktəblərə saxta diplomlarla bağlı xəbərdarlıq edildi
Tarix: 28.01.2014 | Saat: 23:13:00 | E-mail | Çapa göndər


Təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirdi ki, bu il buraxılış siniflərini bitirən məzunlara attestatların və şəhadətnamələrin verilməsi proseduru ötən il olduğu kimi həyata keçiriləcək. Bildirildi ki, ötən ilin may ayında Nazirlər Kabinetinin qərarı ilə buraxılış siniflərini bitirən məzunlara attestatların və şəhadətnamələrin verilməsi qaydalarında dəyişikliklər edilib və buna əsasən bütün məzunlar attestatlarla təmin olunub.
Nazir müavininin sözlərinə görə, həmin qərara uyğun olaraq, ötən il orta məktəblərin buraxılış siniflərini bitirən məzunların 99.3 faizi attestatlarını alıblar: “Ötən il attestatların verilməsində yeni qaydaların tətbiqi yalnız bir il müddətində nəzərdə tutulmamışdı. Bu il də prosedur eyni qaydada həyata keçiriləcək”.
Qış imtahan sessiyası ərzində ali məktəblərdə yaradılan “Qaynar xətt” xidmətlərinə daxil olan müraciətlərə də münasibət bildirən C.Bayramov qeyd etdi ki, Təhsil Nazirliyinin “Qaynar Xətti”nə də ali məktəblərdə keçirilən imtahanlarla bağlı kifayət qədər müraciət daxil olub: “Müraciətlər müxtəlif məsələləri əhatə edir. Təhsil Nazirliyi həmin müraciətlərə operativ qaydada reaksiya verir və onları araşdırır”. Ceyhun Bayramov açıqlamasında onu da bildirdi ki, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında aşkar olunan saxta diplomlarla bağlı hazırda Baş Prokurorluqda istintaq gedir. İstintaq başa çatdıqdan sonra Baş Prokurorluq bununla bağlı geniş məlumat verəcək. Nazir müavininin sözlərinə görə, ali məktəblərdə mütəmadi yoxlamalar həyata keçirilir. O qeyd etdi ki, hansısa ali məktəbdə bu cür neqativ hal aşkarlanarsa, sərt addımlar atılacaq: “Hazırda xüsusi olaraq hər hansısa yoxlama həyata keçirilmir. Ali təhsil müəssisələrində tədrisin səviyyəsi yoxlanarkən diplomlarla olan vəziyyət də araşdırılır”.
Azərbaycanda 12 illik təhsilə keçid məsələsinə də aydınlıq gətirən C. Bayramov bildirdi ki, bu məsələ “Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nda əksini tapıb: “12 illik təhsil strategiyada qoyulmuş hədəflərdən biridir. Hazırda strategiyanın fəaliyyət planı hazırlanır, bundan sonra isə müvafiq dövlət proqramları qəbul ediləcək. 12 illik təhsilə keçidlə bağlı dövlət proqramı qəbul olunduqda orada ətraflı təfərrüatlar veriləcək. 12 illik təhsilə keçidin hansı sinifdən başlayacağı barədə indidən nəsə demək tezdir”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq
19.09.2018
“Xətai” stansiyası sentyabrın 27-dən təmir işləri ilə əlaqədar bağlanır
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info