“Epress”: “İrəvan sakinləri Ermənistan pasportundan imtina edir”
Tarix: 28.01.2014 | Saat: 23:43:00 | E-mail | Çapa göndər


İrəvanın mərkəzində qəzalı vəziyyətdə olan binada yaşayan sakinlər şəhər meriyasına, hökumətə şikayət etməkdən beziblər. İndiyə qədər onların şikayətinə heç bir müsbət cavab verilməyib. Qəzalı vəziyyətdə olan binanın sakinləri artıq meriyaya şikayət etməkdən imtina ediblər. Bu haqda bina sakinlərinə istinadən “Epress” saytı məlumat yayıb.
Məlumatda qeyd edilir ki, bina sakinləri prezident iqamətgahına doğru yürüş etməyə hazırlaşır. Bundan sonra yürüşün istiqaməti İrəvandakı Rusiya səfirliyinə doğru dəyişəcək. Bina sakinlərindən biri olan Lilit Koçaryan bildirib ki, sakinlər Ermənistan pasportlarını Rusiya səfirliyinə təqdim etmək qərarına gəliblər. Şəhər rəhbərliyinin, ölkə hökumətinin biganəliyindən cana yığılan bina sakinləri Rusiya səfirliyindən sığınacaq istəmək qərarına gəlib. “Biz əvvəlcə meriyadan imtina etmişik. İkinci addım kimi ölkəmizdən imtina edirik. Qoy insanların həyatı ilə oynayanlar biabır olsunlar. Aylardır qəzalı, epidemiyanın baş alıb getdiyi binada yaşayırıq. Meriyadan isə bizə məsləhət görürlər ki, 2015-ci ilə qədər gözləyək. Bizim əlimizdə təcili evakuasiya ilə bağlı sənədlər var. Amma şəhər rəhbərliyi qəzalı vəziyyətdə olan sakinləri deyil, tam yararlı halda olan blokun sakinlərini köçürüblər. Prezidentin iqamətgahına doğru yürüş etməyimizin səbəbi yoxlama aparmaq üçün yeni ekspert komissiyasının yaradılmasını tələb etməkdir”, - deyə Lilit Koçaryan bildirib.
Anar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info