Əbülfəs Qarayev Göyçayda vətəndaşları qəbul edib
Tarix: 28.01.2014 | Saat: 23:51:00 | E-mail | Çapa göndər


Prezidentin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həllinə kömək göstərirlər. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində Yevlax, Göyçay, Daşkəsən, Göygöl, Samux, Ucar, Kürdəmir rayonlarından olan vətəndaşları qəbul edib.
Mədəniyyət və Turizm Nazirliyinin “mct@mct.gov.az” elektron poçt ünvanı, “e-services.mct.gov.az” elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt: 147) vasitəsilə, eləcə də müvafiq mədəniyyət və turizm şöbələrinə müraciət etməklə qəbula yazılmış 30-dan çox vətəndaş müxtəlif məsələlərə dair xahiş və təkliflərini nazirə ünvanlayıblar. Müraciətlər əsəsən yerlərdə uşaq musiqi və incəsənət məktəblərinin fəaliyyəti, tədris ocaqlarında kadr təminatı, mədəniyyət evlərində ştatların artırılması, mədəniyyət ocaqlarının avadanlıqlarla təmin edilməsi, tarixi və mədəniyyət abidələrinin bərpası, muzey ekspozisiyalarının tərtibatı, yerlərdə turizmin inkişafı, bu sahə üzrə kadrların azlığı, mədəniyyət işçilərinə fəxri adların verilməsi, işlə təmin olunma və digər məsələləri əhatə edib. Qəbula gələn bütün vətəndaşları dinləyən Ə.Qarayev bu cür əhəmiyyətli mövzulara yerli sakinlərin önəm verməsini təqdirəlayiq hal kimi qiymətləndirib. Qeyd edilib ki, səslənən bütün xahiş, təklif və təşəbbüslər nəzərdən keçiriləcək, onların reallaşması ilə bağlı lazımi tədbirlər görüləcək. Qəbuldan sonra jurnalistlərə müsahibə verən nazir Ə.Qarayev Azərbaycan Prezidentinin tapşırığına əsasən yerlərdə mütəmadi olaraq keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb. Bildirib ki, artıq ənənə halını almış bu qəbullar bölgələrdə sakinlərin problemləri ilə daha yaxından tanış olmağa və müvafiq tədbirlər görməyə imkanı yaradır. Ötən ilin aprelindən etibarən müxtəlif bölgələrdə artıq 10 qəbul keçirildiyini diqqətə çatdıran Ə.Qarayev Göyçay şəhərindəki qəbulda da ölkənin mədəniyyət və turizm sahələri üçün aktual olan bir sıra məsələlərin gündəmə gətirildiyini deyib. Qəbulda mədəniyyət ocaqlarının təmiri və yenidən qurulması, kadrlarla təminat, uşaq musiqi məktəblərinin maddi təchizatı, yeni bina və sinif otaqlarının tikintisi, tarixi abidələrin təmir-bərpası, arxeoloji tədqiqatların aparılması, bölgələrdə turizmin inkişafına dəstək, bu sahədə təşəbbüslərin həyata keçirilməsi kimi məsələlər qaldırılıb. Nazir bu məsələlərin bir çoxunun mədəniyyət və turizm sahəsində həyata keçirilən proqram və layihələr, regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları çərçivəsində tədricən həllini tapdığını, bütün müraciətlərin nəzarətdə saxlanılacağını, o cümlədən sosial məsələlərlə bağlı xahişlərin lazımı instansiyalara çatdırılacağını bildirib.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Bərdədə vətəndaşlarla görüşüb
16.11.2018
Sumqayıt Kimya Sənaye Parkında tütün məmulatları istehsalı fabriki istifadəyə verilib
16.11.2018
Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gedib
16.11.2018
Məşğulluq Strategiyası insan kapitalının inkişafında, məşğulluğun təminatında mühüm addımların atılmasına imkan yaradacaq
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info