Heydər Əliyev Fondunun Pakistanda növbəti humanitar layihəsi
Tarix: 29.01.2014 | Saat: 15:43:00 | E-mail | Çapa göndər


Pakistanın Xayber Paxtunxva əyalətinin Peşəvər şəhərində fəaliyyət göstərən Xayber Göz Fondunun klinikasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın dəstəyi ilə inşa edilmiş kişi və qadınlar üçün gözləmə otaqlarının açılış mərasimi keçirilib.
Mərasimdə Xayber Göz Fondunun idarə heyətinin sədri Hacı Məhəmməd Həlim Xan, Pakistan Senatının yayım və informasiya komitəsinin sədri, İslam dövlətləri ticarət və sənaye palatalısının vitse-prezidenti senator Hacı Qulam Əli, Xayber Paxtunxva əyaləti parlamentinin deputatları, ziyalılar, ictimai-siyasi xadimlər, media nümayəndələri iştirak ediblər. Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi uğurlu layihələr barədə ətraflı məlumat verib. Bildirilib ki, Heydər Əliyev Fondu tərəfindən Pakistanda həyata keçirilən silsilə humanitar yardımlar proqramı çərçivəsində Xayber Paxtunxva əyalətində hepatit B virusuna qarşı peyvənd kampaniyası, açıq ürək əməliyyatları aparılmış, əyalətin klinikalarında serebral iflicin müayinəsi, Pakistan-Əfqanıstan sərhədi boyu pulsuz qanköçürmə təşkil edilib, göz klinikasının tikintisinə maddi yardım göstərilib. Həmçinin 2012-2013-cü illərdə Qurban bayramında və Ramazan ayında əyalətin müxtəlif bölgələrində humanitar layihələr icra olunub.
Tədbirdə çıxış edən Xayber Göz Fondunun idarə heyətinin sədri Hacı Məhəmməd Həlim Can Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlığını bildirib. Qeyd olunub ki, əyalətin imkansız adamlarına göstəriləm bu diqqət Mehriban Əliyevanın humanistliyinin, islam dəyərlərinə sadiqliyin, həmçinin xalqlarımız arasında məhəbbətin göstəricisidir. Bildirilib ki, müasir avadanlıqla təchiz olunmuş klinikada Pakistanın aparıcı oftalmoloqları çalışır və burada minlərlə imkansız insana pulsuz tibbi xidmət göstərilir.
Pakistan Senatının yayım və informasiya komitəsinin sədri, İslam dövlətlərinin ticarət və sənaye palatalısının vitse-prezidenti senator Hacı Qulam Əli Pakistan–Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıb. Bakıya iki dəfə səfər etdiyini diqqətə çatdıran senator Azərbaycan xalqının Pakistan xalqına səmimi qardaşlıq münasibətinin əyani şahidi olduğunu bildirib, Prezident İlham Əliyevlə görüşdən aldığı xoş təəssüratlardan danışıb.
Senator Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələri yüksək qiymətləndirərək deyib ki, Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda həyata keçirilən layihələr iki qardaş xalq arasındakı münasibətləri daha da möhkəmləndirib, pakistanlıların yaddaşında silinməz iz buraxıb. Mərasimin rəsmi hissəsindən sonra tədbir iştirakçıları Xayber Göz Fondu və klinikadakı yeni gözləmə otaqları ilə tanış olublar. Sonra səfir fonda 33 adda dərman preparatları hədiyyə edib və maddi yardım göstərib.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır
18.09.2018
Təhlükəsiz avtomobil idarəetmə mövzusunda dəyirmi masa
18.09.2018
“Maarifləndirici tədbirlərin nəticəsi olacaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info