Əsgər analarının etiraz aksiyası Ermənistanı silkələdi
Tarix: 29.01.2014 | Saat: 15:46:00 | E-mail | Çapa göndər


Polislər "Həqiqi ordu" təşəbbüsünün üzvlərinə və erməni ordusunda qeyr-döyüş şəraitində həlak olmuş hərbi qulluqçuların analarına Ermənistan ordusunun yaranmasının 22 illiyi münasibəti ilə bayram konsertinin keçirildiyi İrəvan Opera və Balet Teatrının binasına yaxınlaşmağa icazə verməyiblər. “Palitra”nın məlumatına görə, bu barədə Ermənistan "Epress.am" saytı xəbər verib.
"Orduda qətllərə və zorakılığa yox!" şüarı altında keçirilən aksiyanın iştirakçıları Aram Xaçaturyanın abidəsi qarşısına toplaşıblar. Burada aksiya iştirakçılarını onlarla asayiş keşikçisi qarşılayıb.
Polislər etirazçıların binaya daxil olmasını əngəlləmək üçün onların qarşısında canlı sipər çəkiblər.
Qeyri-döyüş şəraitində həlak olmuş Valeri Muradyanın anası Nana Muradyan sipəri yarıb keçmək istəsə də, onu kənara itələyiblər.
Polislərin nümayişçilərə toplaşmaq üçün icazə verdikləri Opera Teatrının binasının yaxınlığındakı “Azadlıq” meydanında mülki fəal Vardqes Qaspari saxlanılıb. O, etiraz əlaməti olaraq burada yerə döşənmiş bayram xalçasının üzərində uzanıbmış.
Polislərin etiraz edən şəhid analarına sözlərini deməyə və aksiyalarını keçirməyə imkan vermədiyini görən aksiyaçılar küçəyə çıxaraq, yolu kəsməyə çalışıblar. Əsgər anaları hadisələri "rüsvayçılıq" adlandıraraq, polislərə söyləyiblər ki, "gedin, analarınıza bu gün nə etdiyinizi söyləyin”.
Qeyd edək ki, bəzi erməni saytları artıq bu etiraz aksiyasından sonra ictimaiyyət arasında ciddi narazılığın yarandığını yazırlar.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Ermənistanda qazın qiyməti artacaq
21.03.2019
“Ermənistan hakimiyyəti Qarabağ danışıqlarına hazır deyil“
20.03.2019
Dariqa Nazarbayeva Qazaxıstan parlamenti Senatının sədri seçilib
19.03.2019
Ermənistan Azərbaycanla azaraq sərhədi keçmiş vətəndaşların mübadiləsinə hazırdır
18.03.2019
Naxçıvanda Çanaqqala zəfərinin ildönümü qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info