Hannes German: “Azərbaycan bizə dost və qardaş ölkədir”
Tarix: 29.01.2014 | Saat: 15:48:00 | E-mail | Çapa göndər


Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfiri Əkrəm Zeynallı İsveçrə Parlamentinin yuxarı palatası sayılan Kantonlar Şurasının sədri Hannes German ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “Palitra”ya verilən məlumata görə, görüşdə Azərbaycanla İsveçrə arasında münasibətlərin hazırkı vəziyyətindən məmnunluq ifadə edilib, əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərin gücləndirilməsinin zəruriliyi vurğulanıb.
Səfir Əkrəm Zeynallı ilk öncə Hannes Germanı Kantonlar Şurasının sədri seçilməsi münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. Səfir iki ölkə arasındakı münasibətlərin inkişafında parlamentlərin rolunu xüsusi qeyd edib, bu çərçivədə hər iki ölkə parlamentində dostluq qruplarının fəaliyyətini və qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib. İsveçrə Parlamentində cəmi 18 dostluq qrupunun fəaliyyət göstərdiyini bildirən səfir Əkrəm Zeynallı bunlardan birinin İsveçrə-Azərbaycan parlamentlərarası dostluq qrupunun olmasını sevindirici hal kimi qiymətləndirib.
Kantonlar Şurasının sədri Hannes German ölkəsinin Azərbaycanı dost və qardaş ölkə hesab etdiyini və münasibətlərin müxtəlif sahələrində inkişafında maraqlı olduğunu bildirib.
Görüşdə səfir Əkrəm Zeynallı Hannes Germanı İsveçrə-Azərbaycan parlamentlərarası dostluq qrupuna üzv olmağa dəvət edib. Kantonlar Şurasının sədri bu təklifi məmnuniyyətlə qəbul edib.
Görüşdə, həmçinin Azərbaycanla İsveçrə arasında ikitərəfli iqtisadi və siyasi münasibətlərdən, o cümlədən hər iki ölkədə çalışan şirkətlərin fəaliyyətindən söz açılıb, eləcə də Ermənistan-Azərbaycan münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Azərbaycanın müstəqil siyasətinə heç bir kənar qüvvə təsir edə bilməyəcək
18.01.2019
TÜRKSAM: “Azərbaycanın regionda dəyəri artır”
18.01.2019
Rusiya XİN-dəki ermənipərəstlər Rusiya-Azərbaycan əlaqələrindən narahatdır
18.01.2019
“İaşə müxalifəti”nin yalanlar üzərində qurulan təbliğatı...
18.01.2019
İqtisadiyyat Nazirliyində 20 Yanvar qurbanlarının xatirəsi yad edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info