“AZƏRBAYCAN NAMİNƏ” foto-müsabiqəsinin qalibləri elan olunub
Tarix: 29.01.2014 | Saat: 15:51:00 | E-mail | Çapa göndər


Prezident yanında Gənclər Fondunun dəstəyi ilə “AZƏRBAYCAN NAMİNƏ” foto-müsabiqəsinin qalibləri müəyyənləşib. Qeyd edək ki, müsabiqə müasir Azərbaycanın memarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə və 15 İyun – Milli Qurtuluş Gününün 20 illiyinə həsr olunub.
Layihənin əsas məqsədi ulu öndər Heydər Əliyevin zəngin irsinin gənc nəslə aşılanması, milli – mənəvi dəyərlərin gənclər arasında təbliği, gənclərin yaradıcılıq potensialının üzə çıxarılmasından ibarət idi. Müsabiqə ulu öndər Heydər Əliyevin aşağıdakı müdrik kəlamları mövzusunda keçirilib:
1) “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam !”
2) “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir !”
3) “Müstəqil Azərbaycan dövləti bizim ən böyük tarixi nailiyyətimizdir !”
4) “Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir !”
5) “Qarşımızda duran vəzifələrdən biri də gəncliyi daha yaxşı hazırlamaq, tərbiyə etməkdən ibarətdir !”
Qeyd edək ki, müsabiqəyə təqdim olunan foto-şəkillər müsabiqənin rəsmi “Facebook” səhifəsində yerləşdirilib və səsverməyə çıxarılıb. Qaliblər hər nominasiya (mövzu) üzrə toplanmış səslər (like) əsasında müəyyənləşdirilib.
Artıq müsabiqənin səsverməsi başa çatıb. Müsabiqənin yekunları ilə bağlı Beynəlxalq Mətbuat Məkəzində mükafatlandırma mərasimi keçirilib. Tədbirdə qeyd olunub ki, müsabiqədə 2000 nəfər iştirak edib. Hər nominasiya üzrə 1-ci, 2-ci və 3-cü yerlər məyyənləşdirilib.
Tədbirdə qalib olmuş 5 iştirakçıya mükafatlar təqdim olunub. Nəzər çatdıraq ki, müsabiqəyə təqdim olunmuş foto-şəkillərdən ibarət foto-sərgi də təşkil olunub və kataloq çap olunub.
Layihənin rəhbəri Toğrul Əliyev hamıya müsabiqədə iştirak etdiyinə və Prezident yanında Gənclər Fonduna dəstəyə görə təşəkkür edib.
Xatırladaq ki, müsabiqə qaliblərindən iki nəfər “Palitra” qəzetinin əməkdaşlarıdır.

Fuad




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info