Beynəlxalq qurumlar ilə gənclər təşkilatları arasında əməkdaşlıq gücləndiriləcək
Tarix: 29.01.2014 | Saat: 16:00:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən Avropa Gənclər Forumunun üzvü olan Beynəlxalq Təşkilatların və Avropa ölkələrinin Milli Şuralarının Azərbaycana səfəri başa çatıb. Səfərin məqsədi Avropa Gənclər Forumuna üzv olan beynəlxalq gənclər təşkilatları və Azərbaycanın gənclər təşkilatları arasında və həmçinin Avropa ölkələrinin Milli Şuraları ilə ARGTMŞ arasında əlaqələri genişləndirmək, üzv təşkilatların beynəlxalq gənclər təşkilatları vasitəsi ilə beynəlxalq arenada Azərbaycanı təmsilini gücləndirməkdir. Gənclər və İdman Nazirliyinin və Prezident yanında Gənclər Fondunun dəstəyi ilə keçirilən səfər çərçivəsində, qonaqlar ilk olaraq GİN-in gənclərlə iş üzrə şöbə müdiri İndira Hacıyeva ilə görüşüb. Görüş çərçivəsində nazirliklə gənclər təşkilatları arasındakı əməkdaşlıqdan, Azərbaycanda gənclər siyasəti və “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında geniş məlumat verilib. Bundan sonra isə qonaqlara Prezident yanında Gənclər Fondunun və ARGTMŞ-in təqdimatları olub. Təqdimatlardan sonra Gürcüstan, Moldova, Macarıstan, Rusiya və Ukrayna Gənclər Təşkilatları Milli Şuraları ilə ARGTMŞ arasında əməkdaşlıq görüşləri keçirilib, Milli Şura sədrlərinə ARGTMŞ-nın fəaliyyəti haqqında geniş məlumat verilib. Həmçinin beynəlxalq təşkilatların nümayəndələri ARGTMŞ-nin üzv təşkilatları ilə görüşüb. Görüş zamanı Avropanın Gənc Sahibkarlarının Milli Assosiasiyası ilə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi arasında, Skautlar Hərəkatı üzrə Dünya Təşkilatı ilə Azərbaycan Skautlar Assosiyasiyası arasında əməkdaşlıqla bağlı xüsusi görüşlər keçirilib. Görüşlər zamanı Avropa Şurasının Məşvərətçi komitəsinin üzvləri olan Macarıstan Milli Şurası, Skautlar Hərəkatı üzrə Dünya Təşkilatı, Avropa təhsil mübadiləsi və ARGTMŞ arasında komitənin 2014-2015-ci il fəaliyyəti ilə bağlı müzakirələr keçirilib. Səfər çərçivəsində qonaqlar həmçinin 2016-cı ildə Avropa Gənclər paytaxtı seçilən Gəncə şəhərində olublar. Bu zaman qonaqlar Gəncə Şəhər İcra Hakimiyyətinin birinci müavini və Gəncə Avropa Gənclər Paytaxtı 2016-cı il yerli komitəsi ilə görüş keçirib və qonaqlara komitə tərəfindən Gəncə Avropa Gənclər Paytaxtı 2016-cı illə bağlı təqdimat olub. Həmçinin qonaqlar tikilməkdə olan Gəncə Gənclər Mərkəzi və Mərkəzin gənclər üçün ayrılan imkanları ilə tanış olub. Gəncədən sonra isə qonaqlar Mingəçevir şəhərinə gedib və orada fəaliyyət göstərən Gənclər Evi ilə tanışlıq görüşü keçiriblər. Qeyd edək ki, bu səfər son altı ay ərzində ARGTMŞ tərəfindən Avropa Gənclər Forumuna üzv olan gənclər təkilatlarının və Avropa Ölkələrinin Milli Şuralarının ölkəmizə olan ikinci rəsmi səfəridir. Bu səfərlər çərçivəsində 20-dən çox beynəlxalq təşkilatlar və Avropa ölkələrinin Milli Şuraları Azərbaycanda gənclər siyasəti və bu siyasət çərçivəsində ARGTMŞ-nın fəaliyyəti ilə məlumat əldə ediblər.
Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info