“The Guardian“: “Putin Brüsselə məsləhət görür ki, Ukraynadakı siyasi böhrana qarışmasın”
Tarix: 29.01.2014 | Saat: 17:06:00 | E-mail | Çapa göndər


Rusiya prezidenti Avropa Birliyinin Kiyevə öz emissarını göndərməsini tənqid edir: “Nə qədər vasitəçi varsa, o qədər də problemlər var”

“Kremlə Ukraynaya verəcəyi kreditin geri qaytarılacağı ilə bağlı təminat lazımdır”


Ukraynada baş verən siyasi böhrana xarici dairələrin münasibəti barədə Böyük Britaniyanın "The Guardian" qəzeti maraqlı yazı yazıb. Qəzet qeyd edir ki, Rusiya prezidenti Vladimir Putin Avropaya xəbərdarlıq edib ki, Ukraynadan uzaq dursun: “Rusiya prezidenti məsləhət görüb ki, Brüssel Ukraynaya siyasi böhranla bağlı vasitəçi göndərməsin, çünki bu, əlavə problemlər yaradır. Rusiyanın bu barədə xəbərdarlığı Yanukoviçin müxalifətə ən böyük güzəşti kimi baş naziri istefaya göndərməsindən və etirazlara, azad sözə qarşı olan qanunların dəyişdiriləcəyini vəd etməsindən sonra olub.
Putinin Avropa Birliyi liderləri ilə görüşü Kreml və Avropanın noyabr konfliktindən sonra ilk dəfə keçirilib və Avropa Birliyinin xarici siyasət rəhbəri Ketrin Eşton Brüsseldəki görüşdə iştirak edib. Sonra isə Eşton Ukraynaya yollanıb ki, münaqişə tərəfləri arasında vasitəçilik etsin.
Putin isə bu cür vasitəçiliklərə mənfi münasibət bildirib: “Əgər Rusiya öz vasitəçilərini Yunanıstana gömrük böhranının tənzimlənməsi üzrə göndərsəydi, Avropa liderləri necə reaksiya verərdilər? Əgər Yunanıstanda və ya Kiprdə keçirilən mitinqlərdən birində bizim xarici işlər naziri iştirak etsəydi və hansısa mesajlarla çıxış etsəydi, ona necə reaksiya verərdilər? Mən hesab edirəm ki, Ukrayna xalqı bu vəziyyətdən özü çıxmaq gücündədir. Heç bir halda, Rusiya da buna qarışmayacaq”.
“Biz xalqın üsyan etməsinə səbəb olan qanunların əleyhinəyik”. Bu barədə isə müxalifətin parlamentdə lideri Arseni Yaçenyuk cavab verib. O, Yanukoviçi ləngimədən həmin qanunları ləğv etməyə çağırıb. Qeyd edək ki, Yanukoviçə qarşı küçə etirazları noyabrın sonlarında başlayıb. Yanukoviç Avropa Birliyi ilə ticarət və siyasi inteqrasiya barədə saziş imzalamağı rədd edəndən və ona maddi yardım edəcəyinə söz verən Moskvaya üz döndərəndən sonra bu aksiyalar başlayıb.
Halbuki Avropa Birliyi təmsilçiləri iddia edirlər ki, Brüssellə Ukrayna arasında ticarət və siyasi inteqrasiya barədə anlaşma Moskva ilə olan anlaşmaya heç də əks deyil. Putin isə aydın şəkildə bildirib ki, onun Yanukoviçlə anlaşması Kiyevin Avropa Birliyi ilə razılaşması ilə bir araya sığmaz. Putin bildirib ki, Ukrayna Avropa Birliyi ilə assosiasiya sazişini imzalasa, Moskva Kiyevlə mövcud münasibətləri qoruyub saxlaya bilməz. Putin deyib ki, Moskva və Kiyevin razılaşması Ukrayna hökumətinin tərkibi və formasının qalıb-qalmamasından asılı deyil. Sadəcə olaraq, Kremlə Ukraynaya verəcəyi kreditin geri qaytarılacağı ilə bağlı təminat lazımdır.
Bununla belə, ruslar və avropalılar Brüsselin Kiyevə təklif etdiyi razılaşmanın detallarının müzakirəsi üçün ekspertlərin işçi qrupunun yaradılması barədə razılığa gəliblər. Bu, Moskvanın güzəşti hesab edilir, çünki bunu Yanukoviç də noyabrda tələb etmişdi, amma Avropa Birliyi bunu rədd etmişdi.
Etirazçıları terrorçu adlandıran Azarov isə hazırda istefaya gedib. O, ümid etdiyini ifcadə edib ki, özünün istefaya getməsi böhranın sülh yolu ilə həll edilməsinə yardım edəcək.
Azarov deyib ki, ölkədə konfliktli situasiya iqtisadiyyatı və sosial həyatı təhdid edir, hər bir Ukrayna vətəndaşı və cəmiyyət üçün təhlükə törədir”.
Ukrayna xarici işlər nazirliyinin məmuru isə bildirib ki, Kreml Yanukoviçə bu barədə pərdəarxası böyük təzyiq göstərib ki, antihökumət etirazlarına qarşı sərt ölçü götürülsün. Məmur bildirib: “Ukraynanın pulu qurtarıb. Əgər Rusiya Yanukoviçi maliyyələşdirməsə, o, öz sadiq tərəfdarlarını təmin edə bilməz”.
Qeyd edilir ki, bu həftənin çərşənbə günü isə Avropa Birliyinin Ukrayna ilə həmsərhəd olan 4 ölkəsinin lideri bu ölkədəki böhranı müzakirə etmək üçün bir araya gələcək”.


İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info