Kendel: “ABŞ öz hərbi-texnoloji üstünlüyünü itirir”
Tarix: 29.01.2014 | Saat: 17:59:00 | E-mail | Çapa göndər


Son zamanlar ABŞ Çinə, Rusiyaya və digər ölkələrə münasibətdə öz hərbi-texnoloji üstünlüyünü itirməyə başlayır. Bu barədə ABŞ müdafiə nazirinin müavini Frenk Kendel açıqlama verib. Bu barədə Reyters bildirir. Kendel qeyd edib ki, Çinin sürətli inkişafı ilə texnoloji sahədə ortaya çıxan tələblər o qədər böyükdür ki, son onillikdə bu cür inkişaf xüsusilə Asiya-Sakit okean regionunda görünməyib: “Texnoloji üstünlük qarantilənə bilməz. Bu, gələcəyin problemi də deyil, bu, bu günün problemidir.
Çin, Rusiya və digər ölkələr çox sürətlə öz hərbi güclərini modernləşdirdiyi bir məqamda, Pentaqon nümayəndələri qorxur ki, ABŞ 25 ildir saxladığı texnoloji üstünlüyünü itirə bilər. ABŞ Müdafiə Nazirliyində deyirlər ki, Çin və Rusiya ilə münaqişə gözləmirlər, amma bu ölkələrin silah satdıqları ölkələrlə toqquşmalı olurlar”.
Bundan başqa ABŞ hərbisi hərbi büdcənin ixtisarına görə təhlükə altındadır. Kendel deyib: “Çinin hərbi sferada investisiyaları hər il demək olar ki, 10 faiz artır. Çinin hərbi büdcəsi bizdəkindən olduqca azdır, amma onların hərbi personala xərclədikləri xərc də dəfələrlə bizdəkindən azdır”.
“Russia Today” isə bildirir ki, ABŞ-ın əsas prioritetlərindən biri kimi Çinin hərbi potensialına cavab olaraq Asiya-Sakit okean bölgəsində öz hərbi mövcudluğunu artırmaq məsələsi çətinləşir. Kendel bildirib ki, Pentaqonun yeni texnologiyaların işlənməsi üçün vəsaiti çatmır, hazırkı situasiyada maliyyə vəziyyəti ciddi şəkildə məhduddur.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
27.06.2019
ABŞ-da “Müsəlmanlar üçün viza qadağası”na etiraz aksiyası keçirilib
27.06.2019
Tramp və Putin arasında keçiriləcək görüşün vaxtı məlum oldu
27.06.2019
Səudiyyə Ərəbistanının HHM qüvvələri Yəməndən buraxılmış PUA-nı vurub
26.06.2019
Ruhani: “Regionda gərginliyin kəskinləşməsinin əsl səbəbkarı ABŞ hökumətidir“
26.06.2019
Hulusi Akar Mark Esper ilə görüşüb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10817

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


27.06 12:16
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info