“Olimpiadanın təhlükəsizliyinin təmin edilməsində NATO-ya ehtiyacımız yoxdur”
Tarix: 29.01.2014 | Saat: 21:31:00 | E-mail | Çapa göndər


“Soçi Olimpiadasının təhlükəsizliyinin təmin edilməsində Rusiya NATO-nun köməyinə ehtiyac duymur”. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.
Onun sözlərinə görə, Rusiya Soçidə keçiriləcək Olimpiya Oyunlarının təhlükəsizliyi üçün NATO ilə əməkdaşlığa ehtiyac duymur: “NATO baş katibi ili görüşdə Soçi Olimpiadasını müzakirə etmədik. Çünki NATO təşkilat kimi olimpiya oyunlarının təhlükəsizliyinin təmin edilməsində iştirak etmir”. Rusiya XİN başçısı bildirib ki, ölkələrin əksəriyyətinin qərargahda nümayəndələri var. “Onlar Federal Təhlükəsizlik Xidmətinin rəhbərliyi altında artıq bir neçə həftədir ki, təhlükəsizliyin təminatı ilə məşğuldur. NATO-ya üzv ölkələr də bu qərargahda təmsil olunur. NATO-nun bir təşkilat kimi bu prosesdə iştirakına ehtiyac yoxdur”. Qeyd edək ki, ABŞ və NATO Soçidə keçiriləcək Olimpiya oyunlarının təhlükəsizliyinin təminatı məsələsi ilə bağlı Rusiyaya yardım təklif edib.




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
Qubadakı Qırmızı qəsəbədə ölkənizdəki tolerantlığın əyani şahidi olduq
17.02.2019
Rusiyalı deputat çeçenlərlə yaşanmış insidenti şərh etdi
13.02.2019
Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
13.02.2019
Dövlətmizin uğurlu idman siyasəti
13.02.2019
“Şirkətlər əksər vaxtlar benefisiarların adını açıqlamaq istəmir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info